Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha 2 oyunu keçiriləcək.
Qarşılaşmalardan biri bölgədə, digəri paytaxtda baş tutacaq.
Günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Hazırda 10 xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. İki kollektiv indiyədək ölkə çempionatında üz-üzə gəlməyib.
Turun mərkəzi oyununda isə "Qarabağ" "Azersun Arena"da "Neftçi" ilə qarşılaşacaq. Hər iki komandanın aktivində 18 xal olsa da, "köhlən atlar" rəqibindən 1 oyun az keçirib.
Ağdam və Bakı təmsilçiləri bunadək ölkə çempionatında 87 dəfə bir-birinə rəqib olub. Bunların 34-ü "Qarabağ"ın, 23-ü "Neftçi"nin xeyrinə başa çatıb. 30 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də son Azərbaycan çempionu üstündür - 104-79
"Qarabağ" son 4 görüşdə qələbə qazanıb. Ağdam klubu son iki ev oyununda 4 top vurub.
Azərbaycan Premyer Liqası
VIII tur1 oktyabr (şənbə)
15:30. "Turan Tovuz” – "Zirə”Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy RəhimovHakim-inspektor: Ceyhun HaşımovTovuz şəhər stadionu.18:00. "Qarabağ” – "Neftçi”Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar HəsənliHakim-inspektor: Vüsal Əliyev"Azersun Arena”.
Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.



"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Qarabağ" bu gün çempionluğu təmin edə bilər
Premyer Liqada IV turun oyun cədvəli açıqlanıb
"Qarabağ"dan daha bir qalibiyyət
"Qarabağ" və "Qəbələ" komandaları üz-üzə gələcək
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək
"Neftçi" öz meydanında məğlub oldu
Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib
Bu gün Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək
"Qarabağ" "Neftçi" ni məğlub etdi
“Qarabağ” yenə xal itirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 