Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib.
Bu barədə ONN media-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.
Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcəkdir.
Qeyd edək ki, 17 sentyabrda Azərbaycan 32 erməni əsgərin meyitini təhvil vermişdi.



Daha 6 erməni meyiti Ermənistana təhvil verib
Daha 13 erməni hərbçisinin meyidi qarşı tərəfə verildi
Azərbaycan 32 erməni meyidini təhvil verdi
Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir
SON DƏQİQƏ: Azərbaycan 10 ermənini GERİ QAYTARDI
7 meyitin qalıqları Azərbaycana təhvil verildi - RƏSMİ
Erməni əsilli mülki şəxs Ermənistana təhvil verildi
XİN əsirlərlə bağlı məlumat yaydı
8 erməni hərbçi qarşı tərəfə təhvil verildi - AÇIQLAMA
Əsirlər dəyişdirildi
Azərbaycan daha 2 erməni əsilli şəxsi təhvil verdi
Dilqəm və Şahbazla bağlı RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 