Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir. Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Daim beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərini yerinə yetirən Azərbaycan tərəfi bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Cari il fevralın 12-də Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil vermişdir. Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcəkdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının itkin düşmüş digər vətəndaşlarının sonrakı talelərinə aydınlıq gətirilməsi istiqamətində aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlar ilə birgə müvafiq tədbirlər görülür.
7 meyitin qalıqları Azərbaycana təhvil verildi - RƏSMİ



Ərazidən 314 Azərbaycan, 775 erməni əsgərin meyiti çıxarıldı - AÇIQLAMA
Azərbaycan və Ermənistanın DTX rəhbərləri arasında KRİTİK GÖRÜŞ
Dilqəm və Şahbaz Bakıda
Daha 13 erməni hərbçisinin meyidi qarşı tərəfə verildi
Azərbaycan daha 95 erməni meyidini təhvil verdi
SON DƏQİQƏ: Azərbaycan 10 ermənini GERİ QAYTARDI
191 naməlum şəhid məzarından 9-u boş çıxdı
Azərbaycan 32 erməni meyidini təhvil verdi
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara müraciət olundu
Daha 6 erməni meyiti Ermənistana təhvil verib
Dilqəm və Şahbazla bağlı RƏSMİ AÇIQLAMA
9 şəhid məzarı ekshumasiya ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 