ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq ictimaiyyətə müraciət edib.
Bu barədə ONN media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Şimali Kaliforniyada Azərbaycan Mədəniyyət Mərkəzinin (ACSNC) rəhbəri Aynur Ağayevanın adından yayılan bəyanatda bildirilib ki, Azərbaycan əsilli amerikalılar bu hadisə ilə bağlı çox məyus olublar. Bildirilib ki, Azərbaycan bölgənin bərpasına külli miqdarda vəsaitlər xərclədiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı vaxtda Ermənistanın əl atdığı təxribatlar normallaşma və sülh danışıqları ilə qətiyyən bir araya sığmır və qeyri-sabitliyə doğru aparır.
Soydaşlarımız beynəlxalq təşkilatları yubanmadan əməli addımlar atmağa, yalan və nifrət nağılları uyduran Ermənistanın mənasız və ölüm saçan təxribatlarının qarşısının alınması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrıəvana təzyiqlər göstərməyə çağırıblar.
ABŞ-ın İllinoys ştatında yaşayan Azərbaycan icması da ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.
Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun adından yayılan bəyanatda 12 sentyabr 2022-ci il tarixində törədilən hərbi təxribata, üçtərəfli razılaşmaya zidd olaraq indiyədək Ermənistanın öz qeyri-qanuni qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadığına, işğaldan azad edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minalar basdırıldığına və bu cəhdlərin davam etdirildiyinə, 30 ilə yaxın erməni işğalı altında qalan Azərbaycan şəhərlərinin, kəndlərinin tamamilə dağıdıldığına diqqət cəlb edilib.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
İllinoys ştatında yaşayan soydaşlarımızın beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, rəsmi İrəvandan fərqli olaraq, Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində irimiqyaslı layihələr həyata keçirdiyi və uzunmüddətli sülh sazişi üzərində ciddi iş apardığı bildirilib.
“Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi qətiyyətlə bəyan edir ki, Ermənistanın əl atdığı təxribatlar bölgədə normallaşma və sülh prosesi ilə tamamilə bir araya sığmır”, - deyə mərkəz beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb



Soydaşlarımız bu ölkədə aksiya keçirir
Soydaşlarımız ABŞ-da çağırış etdi
XİN-dən erməni təxribatı ilə bağlı açıqlama
Daha bir ölkədə erməni təxribatına etiraz aksiyası keçirilib
Kəlbəcər istiqamətində SON VƏZİYYƏT - MN AÇIQLADI
XİN cəbhədəki gərginliklə bağlı məlumat yaydı
Rusiyadakı soydaşlarımız BMT və ATƏT-ə müraciət etdi
XİN Ermənistanın təxribatı barədə məlumat yaydı
ABŞ-da erməni terroruna qarşı aksiya keçirildi
Azərbaycan MN son vəziyyəti AÇIQLADI
İlham Əliyev generalları topladı
Rəsmi Bakıdan Ermənistana ÇAĞIRIŞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 