Hazırkı mərhələdə Rusiya vətəndaşlarına viza tətbiq etmək məsələsi müzakirə edilmir.
ONN media xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze açıqlama verib.
Onun sözlərinə görə, hökumət maksimum şəkildə ölkənin milli təhlükəsizliyinin qayğısına qalır və bunu ictimaiyyət də görür:
“İki dəfə belə bir kampaniya başladıldı ki, guya rusiyalı turistlər ölkəmiz üçün ciddi təhlükə yaradacaq. Hər iki dəfə məlum oldu ki, bu kampaniya tamamilə əsassız, saxta və sünidir, siyasi məqsədlər güdür. Vəziyyət tam nəzarətimiz altındadır. Bütün qurumlar bununla bağlı məsuliyyət daşıyırlar və bundan sonra da məsuliyyətlə fəaliyyət göstərəcəklər. Ümumiyyətlə təhdidlərə gəlincə, təbii ki, təhdidlər var və biz bu haqda aylardır danışırıq. Odur ki, biz bütün qurumları, o cümlədən radikal müxalifəti, aidiyyatı QHT-ləri müharibəyə yönəlmiş ritorikadan əl çəkməyə, təxribatlardan çəkinməyə çağırdıq. Buna baxmayaraq, onlar öz ritorikalarını, təxribat xarakterli, qəbuledilməz hərəkətlərinə davam edirlər. Hazırda (Rusiyada) yeni səfərbərlik elan olunduğuna görə biz daha da ayıq və diqqətli olmalıyıq ki, təhlükələr bizdən yan keçsin. Müharibə yarım ildən artıqdır ki, davam edir. Bizim dövlət qurumları təhlükəsizliyimizi təmin edir və bu gələcəkdə də davam etdiriləcək”.
Qeyd edək ki, ölkənin bir sıra müxalif partiyaları və QHT-təşkilatlatı hökuməti Rusiya vətəndaşlarına viza tətbiq etməyə çağırırlar.



Rusiya vətəndaşlarına viza sistemi tətbiq edəcək?
SON DƏQİQƏ: Kobaxidze istefaya getdi
İvanişvili siyasətdən gedir - KİV
İrakli Kobaxidze Azərbaycana gəlir
Qonşu ölkədə kadr dəyişiklikləri olacaq
Tbilisdə GƏRGİNLİK: Saxlanılanlar var
Bu ölkə səfərbərlikdən qaçan rusları qəbul etməyəcək
Gürcüstanın yeni Baş naziri o ola bilər - FOTO
Tbilisidə NƏ BAŞ VERİR: kimlər qurban gedəcək?
Gürcüstana yeni sanksiyalar qoyulub
Rusiya bu halda nüvə silahından istifadə edəcək
Əgər Putin Ukraynada qalib gələrsə nələr baş verəcək?
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 