Gürcüstanda hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, Gürcüstan ərazisinə daxil olan Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi nəzərdən keçirilmir.
ONN media xəbər verir ki, o, bu barədə junralistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hökumət imkan daxilində milli təhlükəsizliyin qayğısına qalır və bunu ictimaiyyət də görür.
“İki dəfə kampaniya başladıldı ki, guya rusiyalı turistlər ciddi təhlükə yaradacaq və hər iki dəfəsində də məlum oldu ki, bu kampaniya tamamilə əsassız, saxta və süni olub və siyasi məqsədlər güdür. Vəziyyət tam nəzarət altındadır. Bütün qurumlar bununla bağlı məsuliyyət daşıyır və bundan sonra da bu məsuliyyətlə fəaliyyət göstərəcəklər. Bu, bizim mövqeyimizdir. Ümumiyyətlə, təhdidlərə gəlincə, təbii ki, təhdidlər var və biz bu barədə aylardır danışırıq. Odur ki, bütün qurumları, o cümlədən radikal müxalifəti, aidiyyatı QHT-ləri müharibəyə yönəlik ritorikadan əl çəkməyə, təxribatlardan çəkinməyə çağırdıq, amma onlar öz ritorikası, təxribat xarakterli çıxışlarına davam etdilər və bu bizim üçün qəbuledilməzdir", - deyə İrakli Kobaxidze qeyd edib.
Hakim partiyanın sədri Rusiyada qismən səfərbərlik elan olunmasına da münasibət bildirib və buna görə hakimiyyətin daha ayıq və diqqətli olmasının altına xətt çəkib.
"İndi yeni səfərbərlik elan olunduğuna görə biz daha ayıq və diqqətli olmalıyıq ki, təhlükələr bizdən yan keçsin. Müharibə yarım ildən artıqdır davam edir və bizim dövlət qurumları təhlükəsizliyi təmin edir, təbii ki, bu isitqamətdə də davam edəcək”, - İrakli Kobaxdize vurğulayıb.
Məlumat üçün bildirək ki, Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb. Bununla bağlı tədbirlər bu gündən başlayıb. Qərarda dövlət müdafiə sifarişinin icrası ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Putinin sərəncamına əsasən, hərbi xidmətə yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisası və müvafiq təcrübəsi olan vətəndaşlar cəlb olunacaqlar



Gürcüstan Rusiya vətəndaşlarını ölkəyə buraxmır?
İvanişvili siyasətdən gedir - KİV
Tbilisidə NƏ BAŞ VERİR: kimlər qurban gedəcək?
Tiflisdən Putinin qərarına reaksiya: Təxribatdır...
Viza ilə bağlı müddət uzadıldı- PİS XƏBƏR
SON DƏQİQƏ: İran vətəndaşlarına viza verilməsi dayandırılır
Rusiya və İran arasında viza rejimi sadələşdirildi
Rusiya və Türkiyə arasında viza rejimi sadələşdirilə bilər
Rusiya bu halda nüvə silahından istifadə edəcək
Bu ölkə səfərbərlikdən qaçan rusları qəbul etməyəcək
Gürcüstana yeni sanksiyalar qoyulub
Qonşu ölkədə kadr dəyişiklikləri olacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 