İranda hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğu üçün əxlaq polisinin Məhsa Əminini qətlə yetirməsinə qarşı etiraz aksiyaları davam edir.
ONN media xəbər verir ki, bu barədə "GünAzTV" məlumat yayıb.
Qeyd olunub ki, Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki universitetin tələbələri oktyabrın 1-də yerli vaxtla saat 12-də etiraz aksiyasına başlayıblar. Aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib, tələbələrə və etirazçılara qarşı repressiyaların dayandırılması tələb edilib.
İranın Əfqanıstan və Pakistanla sərhəddə yeləşən Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində oktyabrın 1-də keçirilən etiraz aksiyası yenidən şiddətli qarşıdurmalarla müşahidə olunub. Məlumata görə, sentyabrın 30-da baş verən şiddətli toqquşmalardan sonra şəhərə əlavə qüvvələr yeridən hökumət nəzarəti ələ almaqda çətinlik çəkir. Bildirilib ki, hazırda şəhər üzərində hərbi helikopterlər uçur.
Aksiya iştirakçıları silahlı şəxslərin polis bölməsinə hücumu barədə rəsmi KİV-in yaydığı məlumatları əsassız sayaraq bunu dinc nümayişçilərə qarşı tətbiq edilən repressiyalara bəraət qazandırmaq üçün Tehran hakimiyyətinin qurduğu oyun olduğunu bildiriblər.
Qarşıdurmalar nəticəsində çoxlu sayda ölənlər və yaralananların olduğu barədə məlumatlar var. Onların sayı barədə dəqiq məlumat yoxdur. Zahidan hospitallarına çoxlu sayda ölənlər və yaralananların gətirildiyi də bildirilib.
Etiraz aksiyaları bu gün həm də paytaxt Tehranla yanaşı, Kərəc, Şiraz, Kirman, İlam, Yəzd, Rəşt, İsfahan və başqa şəhərlərdə də keçirilib.
Onlar İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi başda olmaqla hökumətə qarşı daha radikal şüarlar səsləndiriblər.
Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində Rumina Rəhmani adlı ictimai fəal ötən həftə övladı ilə birgə iki aylıq zindana aparılmışdı.
Onun ailəsi bildirib ki, hökumət məmurları Artian adlı iki aylıq körpəni anasından ayıraraq həyat yoldaşına veriblər. Məlumata görə, Marağa zindanının təkadamlıq kamerasında saxlanılan Ruminanın ailəsi ilə telefon danışığına və övladı ilə görüşməsinə icazə verilmir. Ailəsi onun sağlıq durumundan narahat olduqlarını bildiriblər. Yaxınları gənc anaya qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat əldə edə bilmədiklərini də qeyd ediblər



Zahidanda etiraz aksiyası: İnternet kəsildi
İranda niyə etiraz aksiyaları keçirildi?
İranda etiraz aksiyalarının miqyası genişlənir
İranda aksiyalarda daha 19 nəfər öldü
İranda yenidən etiraz aksiyaları başladı
İranda yenidən etiraz aksiyası başladı
İrəvanda BİYABIRÇILIQ- Polis etirazçılara divan tutur
İranda aksiyalarda 10 nəfər öldürüldü
Təbrizdə son durum necədir?
İrandakı aksiyalarda ölənlərin sayı açıqlandı
İranda etirazlar davam edir: helikopterdən atəş açıldı
Tehranda son durum necədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 