Güney Azərbaycanda gərgin vəziyyət davam edir.
Təbrizdə axşam saatlarında başlayan etiraz aksiyalarında etirazçılar hökumət əleyhinə şüarlarla yanaşı, türkcə milli şüarlar da səsləndiriblər.
"Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq", "Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi" və başqa bu kimi şüarlar səsləndirən narazılar aksiyalara müdaxilə edən xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarını daşa basıblar.
Sosial media fəallarının verdiyi məlumata görə, Təbrizin bir neçə yerində, Qonqabaşı, Şahnaz və Bazarağzı bölgələrində polis qüvvələri ilə əhali arasında qarşıdurma daha şiddətli olub.
Yayılan görüntülərdə Təbrizin bir neçə yerində yanğın baş verdiyi görünür.
Şəhərin mərkəzində polis bölmələrindən birinə məxsus konteyner ofisin yandırıldığı bildirilib.
Bununla yanaşı, şəhərin mərkəzində yerləşən "Barnavak" adlanan məhəllədə yanğınsöndürən maşının hökumət qüvvələri tərəfindən yandırıldığı qeyd olunub.
Fəallar hökumət məmurlarının təxribat törədərək etirazçılara qarşı repressiyaları əsaslandırmağa çalışdıqlarını yazırlar.



Tehranda yenidən etiraz aksiyaları başladı
Tehranda son durum necədir?
Yerevanda vəziyyət gərginləşir
Təbrizdə bayraq aksiyası keçirildi
İranda yenidən etiraz aksiyaları başladı
Təbriz küçələrində Qarabağ hayqırtısı – VİDEO
Təbrizdə qiyam xəbərdarlığı
İsraildə yenidən etiraz aksiyası keçirilib
Zahidanda etiraz aksiyası: İnternet kəsildi
Təbrizdə dəfn mərasimi zamanı DƏHŞƏTLİ ANLAR YAŞANIB
İranda aksiyalarla bağlı son durum necədir?
Rusiyada nə baş verir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 