Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, əvvəllər “Malakan dua evi” kimi tanınan tarixi bina Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan abidələr siyahısına daxil deyil.
ONN media xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sözügedən binanın sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.
O, binanın rəsmi şəkildə tarixi abidələr siyahısında olmamasına baxmayaraq, dövlət xidmətinin nəzarəti altında olduğunu bildirib:
“Gün ərzində əməkdaşlarımız mütəmadi olaraq əraziyə gedərək baxış keçirirlər. Abidənin uçurdulmaması üçün dövlət orqanlarına, Bakı Şəhər İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinə də məlumat verilib. Həmin bina hazırda şəxsi mülkiyyətdir. Özüm də gedib əraziyə baxmışam, bina olduğu kimi qalır. Sadəcə binada təmir işləri aparmaq istəyirdilər. Bunun da qarşısı alınıb”.
F.Hüseynov binanın tarixi abidələr siyahısına salına biləcəyini söyləyib:
“Bu məsələ aydınlaşdırılır. Ola bilsin ki, gələcəkdə tarixi abidələr siyahısına salınsın”.
Qeyd edək ki, bundan əvvəl paytaxtın Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən, “Malakan dua evi” kimi tanınan binanın söküləcəyi ilə bağlı xəbər yayılıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə İnstaqram səhifəsində qədim bina ətrafında yaranmış vəziyyətin dövlətin nəzarəti altında olduğunu və sökülməyəcəyini bildirib.



Nazirlikdən açıqlama- Bu bina tökülür
Bakıda bu tarixi bina sökülür? - Nazirlik
Səfərbərlik xidmətinə bununla bağlı XƏBƏRDARLIQ EDİLDİ
Şəkidəki tarixi məbədi kim dağıtdı?
Tarixi abidə 1.7 milyona satışa çıxarılıb?
Prezident Azad Cəfərliyə YÜKSƏK VƏZİFƏ verdi
Dövlət Xidmətinin regional idarələri yaradılır
Laçında qəbirüstü at fiqurları tapılıb
Abidələrə qanunsuz müdaxilə: Nazirlikdən reaksiya
Mədəniyyət Nazirliyinin iki vəzifəli şəxsi işdən azad olundu
Dövlət Xidmətində işçilərin sayı müəyyənləşdi - QƏRAR
Prezident FƏRMAN İMZALADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 