Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elxan Nuriyevin hansı cinayətlərə görə ittiham olunduğu məlum olub.
ONN media xəbər verir ki, sabiq başçıya 5 nəfərin qətlə yetirilməsi, 1 nəfərə qarşı ölümə qəsddə, eləcə də vəzifə səlahiyyətlərini aşması ilə bağlı itiham irəli sürülüb.
İttihama aktına görə, o, icra başçısı işləyərkən rəhbəri olduğu “Qaranquş” dəstəsinin üzvlərilə birgə Qubadlı şəhərinin işğalında xəyanətin olduğunu iddia edərək, rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirib.
Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. Həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir.
Qeyd edək ki, məlum qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum olunub./ Publika.az



Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Həbs edilən sabiq icra başçısından SON XƏBƏR
Məhkəmə sabiq icra başçısı barədə QƏRAR VERDİ
Baş prokuror Vilyam Hacıyevin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ
Məhkəmə sabiq icra başçısı barəsində QƏRAR VERDİ
Nazirlik icra başçısının fəaliyyətini yoxlayır
Namiq Zeynalov məhkəməyə gətirildi
Keçmiş icra başçısı vəfat etdi
Sabiq icra başçısı öldü - 62 YAŞINDA
İcra başçısı onu xidmət rəisi təyin etdi
Yeni icra başçıları kollektivə təqdim olundu
Prezident iki icra başçısının yerini dəyişdi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 