İki gün öncə Krım körpüsündə partlayış törədildi. Avqust ayında isə Duqinin qızı sui-qəsd nəticəsində öldürüldü. Qərb Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolunun artmasını, tərəflərin danışıqlar masasına oturmasını istəmir.
Bu sözləri ONN media-ya Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri yenidən intensiv raket atəşinə tutmasını şərh edən Mərmərə Universitetinin professoru Giray Saynur Derman deyib.
Professorun sözlərinə görə, hücumların və döyüşlərin şiddətlənməsi sülhlə bağlı ehtimalları mümkünsüz edir:
“ABŞ üçün müharibənin davam etməsi daha məqbuldur. Çünki Amerika Rusiyanın Qara dənizdə güclənməsini istəmir. Hazırki mərhələdə Moskva və Kiyev arasında hər hansı bir formada razılaşma olacağını düşünmürəm. Çünki Putin də son dərəcə kinli liderdir. Bundan sonra vəziyyət daha da gərginləşəcək. Krım körpüsündəki partlayışdan sonra Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Tvitterdə bunun hələ başlanğıc olduğunu yazması da vəziyyəti gərginləşdirdi. Rusiya mülki obyektləri vurmaqla çox böyük yanlış edir. Əgər tərəflər dialoq istəyirlərsə, vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməlidirlər. Rusiya dünyanı nüvə müharibəsi ilə təhdid etsə də, heç kim nüvə müharibəsini və onun yaradacağı fəlakəti gözə ala bilməz. Noyabrda İndoneziyada keçiriləcək G-20 sammitində Putin və Zelenskinin görüşə biləcəyi haqqında məlumat da yayıldı. Döyüşlərin şiddətlənməsi ilə liderlərin görüş ehtimalı demək olar ki, sıfra endi. İndi tərəflər bir-birini üstləməyə, gücsüz olmadığını sübut etməyə çalışır. Ona görə döyüşlər daha şiddətlənəcək”.



“Rusiya ilə danışıqların mənası yoxdur” - Podolyak
Krımda güclü partlayış olub- NƏ BAŞ VERİR?
Rusiya-Ukrayna yenidən danışıqlar masasına otura bilər
Ukrayna Prezident Ofisi: "Referendum keçiriləcək"
ABŞ TƏSDİQLƏDİ: "Moskva" kreyseri iki Ukrayna raketi ilə vurulub
Rusiya Krım körpüsünü bağladı
Ukraynada müharibə: ruslar haraları işğal edib? – Xəritə
Putin Zelenski ilə görüşə hazırdır: "Ukrayna bir addım da geri atmayacaq"
Rusiya və Ukrayna arasında danışıqlar videoformatda keçirilir
Ərdoğandan kritik Krım açıqlaması
Ukrayna cəmiyyəti danışıqlar aparılmasını istəmir!
Ukraynada döyüş bölgələrinin xəritəsi - FOTO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 