Avropa İttifaqına üzv dövlətlər Rusiyadan Ukraynaya qarşı hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağı və qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tələb ediblər.
ONN media xəbər verir ki, Aİ sammitinin yekun bəyanatında Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət edilməsi tələb olunub.
Aİ-yə üzv ölkələrin liderləri Rusiyanın hərbi əməliyyatlarının beynəlxalq hüququ kobud şəkildə pozduğunu və dinc əhali arasında kütləvi itkilərə və yaralanmalara səbəb olduğunu qeyd ediblər.
"Rusiya mülki əhaliyə, mülki hədəflərə, o cümlədən xəstəxanalar, tibb müəssisələri, məktəblər və sığınacaqlara zərbələr endirir. Bu hərbi cinayətlər dərhal dayandırılmalıdır", - Aİ-nin bəyanatında deyilir.
Qeyd olunur ki, "cinayəti törədənlər və onların əlaltıları beynəlxalq hüquq normalarına uyğun cavab verəcəklər", eyni zamanda Mariupol və Ukraynanın digər şəhərlərinin mühasirəyə alınması, habelə Rusiya silahlı qüvvələri tərəfindən humanitar yardımın buraxılmaması qəbuledilməzdir.
Aİ Rusiya qüvvələrini dərhal Ukraynanın digər bölgələrinə təhlükəsiz keçidi, habelə Mariupol və digər mühasirədə olan şəhərlərə humanitar yardımın çatdırılmasını təmin etməyə və bütün digər döyüş bölgələrində qalmış mülki şəxslərin təyinat yerinə təhlükəsiz keçməsinə təcili təminat verməyə çağırıb: "Bütün girovları dərhal azad edin, fasiləsiz humanitar çıxışı təmin edin və humanitar dəhlizlər yaradın".



G7 ölkələri birgə bəyanat qəbul ediblər
Ukrayna XİN bəyanat yaydı
Azərbaycan Ordusunun şəxsi heyəti humanitar hüquq normalarına riayət edir
Zmeynı adasındakı ukraynalı hərbçilər sağdır
Ukrayna deputatlarından Azərbaycana dəstək
Ukraynalılara yeni təhlükə barədə xəbərdarlıq edildi
ABŞ səfirliyindən müraciət: Ukraynanı dərhal tərk edin
Ukrayna Moskvanı vurmağa hazırlaşır?- ŞOK İDDİA
Mövqelərimiz və mülki obyektlər atəşə tutulur - Kiyev
Azərbaycan XİN cəbhədəki vəziyyətlə bağlı BƏYANAT YAYDI
Buçada qətliam törədən rus hərbçilərinin adları açıqlandı
Avropa İttifaqı İrana XƏBƏRDARLIQ ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 