Bildiyimiz kimi, bir müddət öncə ABŞ-ın “Milli Müdafiə Maliyyələşmə Qanunu”na (NDAA) Türkiyəyə F-16-ların verilməsi və modernizasiya haqqında dəyişiklik üçün yeni şərtlər paketi təqdim edilmişdi. Amma dünən sözügedən təkliflər qanunun Senat versiyasından çıxarıldı.
Bu sözləri ONN media-ya açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib.
Onun sözlərinə görə, bunun səbəbi Türkiyənin sözügedən mövzuda qətiyyəti və ABŞ-a əvəzedilməz olmadığını göstərməsidir:
“Təkliflərin rədd edilməsində Türkiyədən Amerikaya gedən heyətin, eyni zamanda oradakı səfirliyimizin gərgin və səmərəli diplomatik fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Digər bir məsələ isə Ankaranın ölkəmizin ehtiyacı olan döyüş təyyarələrinin təmin edilməsi üçün alternativ axtarışında sərgilədiyi qətiyyət və Vaşinqtona əvəzedilməz olmadığını göstərməsidir. Cənab Ərdoğanın 30 sentyabrda alternativlərlə bağlı çıxışı və Hulusi Akarın bir həftə öncə İngiltərəyə səfəri zamanı döyüş təyyarələrini yerində nəzərdən keçirməsi də bu istiqamətdə son atılan addımlardandır. Türkiyənin döyüş təyyarələrinin təmini ilə bağlı alternativlərinin içərisində Çinin olması, Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxınlaşması NATO-nun gələcəyi baxımından ABŞ-ı çox ciddi şəkildə narahat edir. Əlbəttə ki, məsələnin başqa bir tərəfi isə iqtisadi mənfəətlərdir. Hazırda müəyyən qədər maddi sıxıntılar yaşayan ABŞ müdafiə sənayesi üçün bu, mühümdür”.



Putin Ərdoğanla danışdıqdan sonra bu qərarı verdi- Təsadüfdür yoxsa...?
Türkiyədən bu gəmilərə qadağa- Böhran yaşana bilər?
Hulusi Akarın Bakıya səfəri başladı
SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR
Türkiyəyə daha bir zərbə
Hulusi Akarın Azərbaycana səfəri başa çatdı
Hulusi Akardan ABŞ-a: Başqa planımız var
Hücum HƏR AN başlaya bilər - Türkiyədən XƏBƏRDARLIQ
Türkiyəni sanksiyalar gözləyir - ABŞ
Şəhid baş leytenantın ailəsi Hulusi Akarın dəvəti ilə Türkiyəyə getdi
Türkiyədən F-16 açıqlaması: Konqres müsbət baxır!
Hulusi Akar: Türkiyə və Azərbaycan ordusu...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 