Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir.
ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
"Postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər", - Prezident əlavə edib.
"On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar.
Daha bir məqamı da qeyd etmək istərdim ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq", - dövlət başçısı bildirib.



Ölkəmizin yeni dövrü başlayır - PREZİDENT
Prezident: Onlar Ermənistanın törətdiyi vəhşiliyin şahidi olublar
Füzulidə bir salamat bina tapa bilmədik ki, orada... - İlham Əliyev
Prezident MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etdi - TAM MƏTN (YENİLƏNDİ)
İlham Əliyev bu çıxışı ilə Makronu darmadağın etdi
İlham Əliyev Astanada mühüm sammitdə iştirak edir
Azərbaycan 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib - Prezident
30 illik işğal bitdi amma...- Prezident
Prezident: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"
Prezident: Bu gün əhaliyə yeni ŞAD XƏBƏRLƏR VERİLƏCƏK
Əliyevdən sülhməramlıların fəaliyyəti ilə bağlı MÜHÜM AÇIQLAMA
Prezident: "Biz erməni faşizmini məhv etmişik"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 