İmişli rayonunda şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.
Bu barədə ONN media-ya həmin məktəbdə təhsil alan bir qrup şagirdin valideynləri məlumat verib
Burada iki növbə olmaqla 420 şagirdin təhsil aldığını bildirən valideynlər övladlarının qəzalı və baxımsız tədris ocağında təhsil almalarından narahatlıqlarını ifadə ediblər: “Övladlarımız qəzalı vəziyyətdə olan bu məktəb binasında təhsil alır. Məktəb binasının tavanı uçuq-sökük olduğundan yağış və qar suları birbaşa sinif otaqlarına dolur. Bu da şagirdlərin təhsil almasına, onların dərsə davamiyyətinə mane olur”.
Valideynlər buna görə də aidiyyəti qurumlardan məktəb binasının təmir olunmasını və ya yeni binanın tikilməsini xahiş edib.
Məsələ ilə bağlı təhsil müəssisəsindən “Report”un yerli bürosuna bildirilib ki, hazırda məktəbin yeni binasının tikintisi məsələsi 2022-2023-cü illər fəaliyyət planına salınıb. Qeyd olunub ki, gələn il şəhid Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəb üçün yeni bina inşa ediləcək



Cəlilabaddakı bu məktəb binasında BİYABIRÇILIQ
SON DƏQİQƏ! - Məktəbin tavanı dərs zamanı çökdü
Ucarda məktəbin tavanı dərs zamanı uçdu
Bakıda bu məktəb sökülür
Göyçaydakı yararsız məktəb binası nə vaxt təmir olunacaq?
Bakıda yeni məktəb binaları istifadəyə veriləcək
QƏRAR VERİLDİ: Bakıda 2 məktəb söküləcək
Övladı birinci sinifə gedəcək valideynlərin NƏZƏRİNƏ
Bakıda bu məktəblərin binası sökülür
Nazirlik şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yaydı
Tərtərdə biyabırçı vəziyyətdə məktəb binası- AQİBƏTİ NECƏ OLACAQ?
292 saylı məktəbdə uşaqlar qeydiyyata alınmır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 