Ucarın Təzə Şilyan kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.
ONN media xəbər verir ki,bu barədə Report-a kənd sakinləri məlumat veriblər.
Sakinlər məktəbin qəzalı vəziyyətdə olduğu üçün övladlarını məktəbə göndərməyə qorxduqlarını bildiriblər:
"Bir neçə gün bundan əvvəl dərs zamanı məktəbin arxa otaqlardan birinin tavanı çökmüşdü. İkinci mərtəbədən mişar daşları otağa tökülmüşdü. Çox şükür ki, həmin vaxt otaqda heç kim yox olmamışdı. Buna görə də xəsarət alan da yox idi. Lakin səs-kuydən şagirdlər və müəllimlər bərk qorxmuşdular. Elə bilmişdilər ki, məktəb dağılır".
Sakinlər həmçinin qeyd ediblər ki, məktəb 2000-ci ildə Təhsil nazirliyinin sifarişi əsasında tikilib:
“Həmin vaxt tikinti tam bitməmiş məktəb istifadəyə verildi. Məktəbin ikimərtəbəli inzibati binası tikilsə də, digər köməkçi tikililər, idman və akt zalları yarımçıq qaldı. Buna görə də məktəbin əsas binası da getdikcə dağılmağa başladı”.
Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov bildirib ki, məktəbdə dəfələrlə olub və oradakı acınacaqlı vəziyyət barədə məlumatı var.
O əlavə edib ki, məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.
R.Məmmədovun sözlərinə görə, məktəbin əsaslı təmir olunması yaxın vaxtlarda gözlənilmir.
Məlumat üçün bildirək ki, məktəb əhalisi 4 000-ə yaxın olan Təzə-Şilyan kəndinin yeganə orta məktəbidir. 20 sinif otağı olan məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 25 nəfər müəllim məşğul olur.



Bakıda bu məktəb sökülür
SON DƏQİQƏ! - Məktəbin tavanı dərs zamanı çökdü
Bakı məktəbində BİYABIRÇI GÖRÜNTÜ
İsmayıllıda 6 saylı tam orta məktəbin yeni binası istifadəyə verildi
QƏRAR VERİLDİ: Bakıda 2 məktəb söküləcək
Təhsil Nazirliyi nə zaman hərəkətə keçəcək? – Yarıdağılmış məktəb...
Bakıda yeni məktəb binaları istifadəyə veriləcək
Cəlilabaddakı bu məktəb binasında BİYABIRÇILIQ
Tərtərdə biyabırçı vəziyyətdə məktəb binası- AQİBƏTİ NECƏ OLACAQ?
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Azərbaycanda qəribə hadisə: Məktəb var, müəllim yox – Video
Müəllimlərdən pul yığan direktor işdən qovuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 