Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova həbs olunub.
ONN media-nın məlumatına görə, bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov açıqlama verib.
Mütəxəssis bildirib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu 9 ay müdddətinə azadlıqdan məhrum edilib.
Kişkilovun sözlərinə görə, hazırda Sliven həbsxanasında olan Kostova dopinq səbəbindən cəzalandırıldıqdan və ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qazandığı qızıl medaldan məhrum edildikdən sonra depressiyaya düşüb: "Onun başqa peşəsi yoxdur. Yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar".
Məşqçi titullu atletin bu ilin noyabrında həbsdən çıxacağını söyləyib:
"8 ay Plovdivdə istintaq təcridxanasında oldu. Bir kamerada üç qadın var idi. Həmin dövr çox çətin keçdi. Qadınlardan biri qatil, digəri dələduz idi. Bilmirəm necə sağ qaldı. Depressiyaya düşdü, amma bacardı. O, artıq iki aydır ki, Sliven həbsxanasındadır. Kostova ilə psixoloqlar işləyir. Prokurorluq 3 il həbs istəyirdi, amma bunun baş verməməsi üçün hər şeyi etdim".
Qeyd edək ki, Boynaka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.



Olimpiya və dünya çempionu həbs edildi
Qadın güləşçimiz finalda
Narkotik üstündə həbs olunan aktyorlardan ETİRAZ
Hacı Əliyev üçqat Avropa çempionu olub
Azərbaycan əsilli gimnast Avropa çempionu oldu
Rəşad Dağlının dostunu güllələyən şəxsə ağır cəza
Brilliant Dadaşovanın bacısı oğlu həbs olundu
Karateçilərimiz Soçidən 6 medalla qayıdır
Azərbaycan para-atleti 4-cü dəfə dünya çempionu olub
Polis tutulan narkotik alverçilərini buraxır?
Qusar polisindən əməliyyat: HƏBS EDİLƏNLƏR
İdmançının ölümü ilə bağlı AAAF-dan AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 