Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin final oyunu baş tutub.
ONN media xəbər verir ki, 16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandalarının iştirak etdiyi turnirin final oyununda Albaniya və Braziliya komandaları mübarizə aparıb. Gərgin keçən oyunun sonunda Albaniya komandası 2-1 hesabı ilə qalib gəlib.
Oyunun sonunda Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov və İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev qalib gələn Albaniya komandasına kuboku və xatirə medallarını təqdim edib. Səfir Zaur Əhmədov finala çıxan Albaniya və Bosniya komandalarına gözəl və baxımlı oyunu nümayiş etdirdiklərinə görə minnətdarlığını ifadə edərək, “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin İsveçdə yaşayan bir çox ölkələrin idmansevərləri üçün maraq doğuran bir idman bayramına çevrildiyini bildirib.
Beləliklə, baş tutan turnirdə ikinci yerdə Braziliya, üçüncü yerdə isə İsveçdə yaşayan həmvətənlərimizdən ibarət Azərbaycan komandası qərarlaşıb.
Qeyd edək ki, turnir İsveç Azərbaycanlıları Konqresi tərəfindən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilib.



Komandamız ÇL-də ilk qələbəsini qazandı
Zəfər kubokunun qalibi bəlli oldu
İlham Əliyev yığmamızın heyyətini qəbul edib
Baş nazir Filip Cuda ilə görüşdü
İlham Əliyev bu federasiyaya pul ayırdı
Dünya çempionatı: Azərbaycan minifutbol millisinin ilk oyunu
Fransadan maraqlı təklif- Final mərhələsinin yenidən keçirilməsini istəyir
"Fənərbağça"dan daha bir qələbə
Ermənilər yenə məğlub oldular: Bu dəfə RƏCƏBOV AMAN VERMƏDİ
İtaliya Kubokunda əlavə vaxt ləğv edildi
AVRO-2020-nin kuboku İlham Əliyevə təqdim olundu
2020-ci il Çempionlar Liqasının final oyunu bu ölkədə keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 