İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda bu gün final oyunu keçirilib.
ONN media xəbər verir ki, mayın 4-də - İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə E.Əşrəfoğlunun Saray qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq oynanılıb. Qarşılaşma jurnalistlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Ardınca isə "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunub. Milli Məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak ediblər. Fəxri qonaqlar sırasında "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "TT Fight Club"un direktoru Şəhriyar Abbasov da qatılıblar.
Bundan başqa Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və "TT Fight Club"un direktoru Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Həlledici oyunda "Xocavənd”ə 3:1 hesabı ilə qalib gələn "Ağdam" Zəfər Kubokunun qalibi olub. Matçda hesabı "Xocavənd" futbolçuları açıblar. Fərid Məmmədov fərqlənib. Lakin onların qol sevinci cəmi 1 dəqiqə çəkib. Elvin Rüstəmov tarazlığı bərpa edib. Az sonra isə Mirbağırağa Cəfəri dəqiq zərbə ilə hesabı "Ağdam"ın xeyrinə dəyişib. İkinci hissənin ortalarında növbəti dəfə fərqlənən Cəfəri həm dublunu, həm də yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, TOC klinikası və "Kəhriz Su" şirkətinin tərəfdaşlığı, Report agentliyinin informasiya dəstəyi ilə təşkil olunub.



“Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin final oyunu baş tutub
Azərbaycan kubokunun püşkü atıldı
AVRO-2020: Bakı bu matça ev sahibliyi edəcək
Bu gün Azərbaycan Kubokunun finalıdır
“Qarabağ”ın oyunundan əvvəl Elnur Əşrəfoğlu anıldı
Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək
"Qalatasaray" öz meydanında "Fənərbağça"ya uduzdu
Mərakeş İspaniyaya qalib gələrək 1/4-ə finala yüksəldi
İtaliya Kubokunda əlavə vaxt ləğv edildi
"Zirə"dən darmadağın, "Qəbələ"nin səfər sınağı
"Qarabağ"a kubok təqdim olundu
İlham Əliyev və Mehriban Əliyeva Uels-İsveçrə matçını izlədilər
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 