“Rusiya Ukraynanı öz ərazisində “çirkli bomba” istifadə etməkdə günahlandırır. Bu yalandır”.
ONN media NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
O, NATO-nun bu cür saxta ittihamları rədd etdiyini bildirib: “Rusiya tez-tez başqalarını günahlandırırlar. Biz Suriyadan tutmuş Ukraynayadək bu tendensiyanın şahidi oluruq. Rəsmi Moskva durumu daha da gərginləşdirməmək üçün belə bəhanələrdən əl çəkməlidir”.
Y.Stoltenberq vurğulayıb ki, dünya prosesləri çox diqqətlə izləyir: "Rusiyanın Ukraynaya qarşı amansız müharibəsi həlledici məqama qədəm qoyur. Prezident Putin döyüş meydanındakı uğursuzluqlarına artan aqressiya, dinc əhaliyə və mülki enerji infrastrukturuna zərbələr, yaşayış məntəqələrinə pilotsuz təyyarələr və raket hücumları ilə cavab verib".
Baş katib xatırladıb ki, son bir neçə gündə İranın Ukraynaya qarşı müharibədə Rusiyaya hərbi dəstək verdiyi məlum olub. NATO rəhbəri belə bir vəziyyəti qəbuledilməz adlandırıb: "Heç bir ölkə bu cinayətkar müharibədə təcavüzkara kömək etməməlidir. Mən müttəfiqlərin və Avropa İttifaqının Tehrana qarşı sərt sanksiyalar tətbiq etməsi faktını alqışlayıram”.
Y.Stoltenberq NATO-nun Rusiyanın Ukraynaya qarşı müharibəsində tərəf olmadığını bir daha söyləyib: "Lakin müttəfiqlər Ukraynanın fundamental özünümüdafiə haqqını dəstəkləməyə davam edəcək"



NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
NATO-dan Rusiyaya- RƏDD EDİRİK
NATO: "Ukraynaya ağır silahlar göndərin və dəstək formasını dəyişin"
Moskvada ofisimizi yenidən açmağa hazırıq - NATO
Hücumu onlar törədib - NATO-dan Türkiyəyə dəstək
NATO-dan Putinə növbəti XƏBƏRDARLIQ
NATO İsrail müharibəsi üçün toplanır
NATO-dan Ukraynaya atılan raket hücumuna reaksiya
Ukrayna NATO-ya üzv olacaq?
NATO Rusiyaya güzəştdən imtina etdi
NATO bununla bağlı çağırış etdi: Hazırlaşın…
NATO bizi düşmən kimi göstərmək istəyir- RUSİYA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 