İran Prezidenti İbrahim Rəisi Şiraz şəhərində baş verən terror aksiyasına münasibət bildirib və həlak olanların ailələrinə başsağlığı verib.
ONN media xəbər verir ki, İbrahim Rəisi vəhşicəsinə törədilən bu terror aksiyasının cavabsız qalmayacağını bildirib.
O qeyd edib ki, həzrət Əhməd bin Musanın müqəddəs ziyarətgahında törədilən bu terror aksiyası nəticəsində qadın və qocalar qətlə yetirilib. Ölkə rəhbəri İslam İnqilabının düşmənlərinin törətdiyi cinayətlərin sırasına birinin də əlavə olunduğunu təəssüflə qeyd edib. O, cinayətkarların məhkəmə qarşısında cavab verməli olacaqlarını bildirib.
İran Prezidenti bəyan edib ki, ziyarətgaha hücum edib günahsız insanları öldürməklə düşmən öz çarəsizliyini göstərir. Bununla düşmən İran xalqını parçalamağa, ölkənin tərəqqisinin qarşısını almağa çalışır ki, məqsədinə nail olsun.
Qeyd edək ki, ötən gün axşam saatlarında terrorçular Şirazdakı Şah Çıraq məscidinə daxil olaraq ibadət edən insanları avtomat tipli silahdan atəşə tutublar. Nəticədə 20 nəfər həlak olub, 40 nəfər yaralanıb.



Nigeriyada törədilən terror aktı nəticəsində azı 15 nəfər ölüb
Rəisinin Türkiyə səfəri təxirə düşdü
BMT-dən İrandakı terror aktına münasibət
Trampdan Vyana terroruna MÜNASİBƏT
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Ərdoğan İrana başsağlığı verdi
Ərdoğan İrana başsağlığı verdi
İranda ziyarətgaha hücum edən terrorçu ölüb
Rəisi yenidən təhdid etdi- CAVAB VERİLƏCƏK!
Rəisidən Baydenə "şillə kimi" cavab
İran AÇIQLADI: Qəza terror nəticəsində baş verib
Azərbaycan XİN Misir hökumətinə başsağlığı verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 