ONN İnformasiya Agentliyi

Ayda 2 min qazanmaq istəyənlərə ŞAD XƏBƏR

Ayda 2 min qazanmaq istəyənlərə ŞAD XƏBƏR
28-10-2022, 19:29

Son dövlərdə elə peşələr var ki onlara maraq xeyli artıb. Çünki həmin sahələrdə çalışmaq üçün hər hansı ali təhsil tələb olunmur, ancaq olduqca gəlirli hesab edilir.

Gözəllik salonlarında göstərilən xidmətləri də bura daxil etmək olar. Salonda işləyənlər deyirlər ki, işə düzələrkən əvvəlcə onların əl qabiliyyətinə, yaş kateqoriyasına, eləcə də, xarici görkəminə baxılır və müəyyən qədər təcrübəli olmaları tələb olunur.

Yəni bunun üçün hər hansı diploma ehtiyac yoxdur. 15 ildir saç ustası kimi çalışan Əzizə Ələkbərovanın sözlərinə görə, ondan yalnız xarici ölkələrin birində bu sahədə işləmək üçün diplom tələb edilib. Azərbaycanda isə bu, zəruri sayılmır.

“Bu işə can qoyanda əlbəttə gəlirli sayılır. Aya 1000-5000 arası gəlir ola bilər”, - deyə mütəxəssis deyib.

Ədilə Əliyeva isə dırnaq ustasıdır. Ancaq O diplom olmasa belə, işi yaxşı öyrənmək üçün kurs və seminarlarda iştirakı vacib hesab edir.

7 ildir bərbər işləyən Miriyusif Bağırov isə deyir ki, marağı və biraz bacarığı olanlar bir neçə aya peşəni mənimsəyə bilərlər.

İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva bildirir ki, ali təhsil tələb edilməyən xeyli sahə var ki, bunun üçün peşəyönümlü təcrübələrə sahib olmaq kifayət 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png