Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən - 1 sentyabrdan bir sıra müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
ONN media xəbər verir ki, bundan əlavə, vətəndaşların mehmanxanalara, iri ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə daxil olması üçün də COVID-19 pasportu (hər iki doza) tələb olunur.
Bu qərarlar bəzi vətəndaşlar tərəfindən səhv başa düşülüb. Onlar COVID pasportu olmayanların bərbərxanalara və gözəllik salonlarına buraxılmayacağını hesab edir.
Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-a açıqlamasında vətəndaşların bərbərxana və gözəllik salonlarına gedərkən COVID-19 pasportuna ehtiyac olmadığını deyib:
“Qərara əsasən, bütün iş yerlərində işçi heyət 1 sentyabra qədər birinci, oktyabrın birinə qədər isə ikinci vaksin vurdurmalıdır. Gözəllik salonlarında, bərbərxanalarda vətəndaşlara kütləvi xidmət göstərilmədiyinə görə, həmin yerlərdə müştərilərdən COVID pasportu tələb olunmayacaq”, - deyə o söyləyib.



BU İŞÇİLƏRƏ YENİ TƏLƏB: Fevralın 1-dən...
Sabahdan bu MƏHDUDİYYƏTLƏR qüvvəyə minir
Bir doza pevənd vurduranların NƏZƏRİNƏ: Hotellər, restoranlar və "mall"lar...
Xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR
Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ
Bir doza vaksin olunanlar kinoteatrlara və əyləncə məkanlarına buraxılacaq? - DİN-dən AÇIQLAMA
Obyektlərdə vətəndaşdan kimlik tələb edilə bilər?
İş yerlərində COVID-19 pasportu tələb olunacaq
İqtisadiyyat Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ
Rayonlara gedənlərin NƏZƏRİNƏ: Yeni qadağa - Noyabrın 1-dən...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 