Ölkəmizdə təhsil alan minlərlə gənc var. Ancaq onların diplomları bir çox ölkədə tanınmır.
Bəs xaricdə təhsilini davam etdirmək və ya işləmək istəyənlər nə etməlidirlər?
ONN media Sfera.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən təhsil üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı Azərbaycanın diplomlarının bir sıra ölkələrdə tanındığını deyib:
"Diplomların tanınmağı üçün ilk növbədə ölkələr arası müqavilələr olmalıdır. Hansı dövlətlərlə müqaviləmiz varsa, diplomlarımız o dövlətlər tərəfindən tanınır. Bir çox ölkələri misal göstərmək olar: Türkiyəni, Rusiyanı və s. İnkişaf etmiş ölkələrin çoxu ilə elə müqavilələrimiz yoxdur".
Məhərrəm Zülfüqarlı son illər diplomların öz əhəmiyyətini müəyyən dərəcədə itirdiyini bildirib:
"Bildirim ki, inkişaf etmiş ölkələrdə diplomlar elə də güclü məna kəsb etmir. Bir sıra ölkələr var ki, bizim azərbaycanlı gənclər orda yaxşı vəzifələrdə işləyirlər. Çünki inkişaf etmiş ölkələrdə işverənin özü işə götürdüyü şəxsi imtahandan keçirir. Diploma fikir verilmir, bacarıq daha önə çəkilir".
O, bildirib ki, bəzi sertifikatlar var ki, diplomdan belə əhəmiyyətli qəbul olunur:
"İnkişaf etmiş ölkələrdə diplom əsas sayılmır. Hətta bəzi sertifikatlar var ki, universitet diplomlarından yüksəkdir. O sertifikatı aldıqdan sonra heç bir problem olmur”.



Xarici diplomlar hansı hallarda tanınmır?
Xaricdə təhsil alan tələbələr işə imtahansız qəbul olunacaqlar – VİDEO
Xaricdə təhsillə bağlı YENİLİK
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ ETDİ
Qırmızı diplomlar – SAHİBİ ÜÇÜN HANSI ÜSTÜNLÜKLƏRİ VAR?
DİQQƏT- Bu diplomlar tanınmayacaq
Diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANACAQ
Prezidentdən yeni nazirə TAPŞIRIQ: Təhsil ən müasir tələblərə cavab verməlidir
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
“Təhsil haqqında” qanun dəyişdirildi
"Taliban"dan SÜLH AÇIQLAMASI
Xaricdə təhsil alanların sayı niyə azalıb?- ÖZƏL
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 