Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır. Bunu SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən deyib. İ.Əhmədov bildirib: "Dizel və AI-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. AI-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən təyin olunur, AI-95 və AI-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir". SOCAR rəsmisi xatırladıb ki, pandemiyadan əvvəl premium benzinin qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm 1.10-1.20 manata, sonra 1.25 manata düşüb, indi isə 1.40 manata yüksəlib: “Bunun səbəbi dünya bazarlarında neftin qiymətinin artması və buna görə bu marka benzini istehsal edən ölkələrin və zavodların qiymətləri artırmasıdır. Qiymət dünya bazarlarında düşərsə, bu markalı benzinin qiyməti ölkəmizdə də dəyişəcəkdir. Gələcəkdə, 2022-ci ildə, Heydər Əliyev Neftayırma Zavodunun modernləşdirilməsi başa çatdıqda, özümüz də müəyyən miqdarda Aİ-95 benzini istehsal edə biləcəyik və belə olan halda prinsip etibarilə, artıq beynəlxalq markadan və benzinin beynəlxalq qiymətlərindən asılı olmayacağıq. Ancaq hazırda bu marka benzin ölkəyə idxal edildiyi üçün beynəlxalq qiymətdən asılılıq var”. (trend)
SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA



SON DƏQİQƏ: "Aİ-95" və "Aİ-98" benzinin qiyməti QALXACAQ
"Aİ-95" və “Ai-98” benzin bahalaşdı - RƏSMİ SƏBƏBLƏR
“Premium Euro-95” və “Super Euro-98” markalı benzinin QİYMƏTİ dəyişdi
Azərbaycanda benzinin qiyməti bahalaşdı
SOCAR-dan benzin qiymətləri ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ: Ölkədə bu benzinin də qiyməti bahalaşdı
Ölkəmizdə bu benzinin də qiyməti bahalaşdı
Azərbaycanda benzinin qiyməti bahalaşdı
SOCAR-dan benzinin bahalaşmasına MÜNASİBƏT
Aİ-95 markalı benzinlə bağlı YENİLİK
Sabahdan Azərbaycanda benzin BAHALAŞIR
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 