Bu gün - noyabrın 3-də azarkeşlər "Qarabağ" - "Frayburq” oyunu keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər.
ONN media xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Bildiyiniz kimi, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Frayburq” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzurlayırıq.
Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazidə metronun “Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb



DYP azarkeşlərə müraciət etdi
DYP bu şəxslərə müraciət etdi
DYP-dən “Qarabağ”ın oyunu ilə bağlı müraciət
DYP-dən “Qarabağ”- “Hekken” oyunu ilə bağlı çağırış
DYP azarkeşlərə müraciət etdi
DYP-dən “Qarabağ”ın oyunu ilə bağlı azarkeşlərə müraciət
Yol polisindən futbol azarkeşlərinə MÜRACİƏT
Bu gün "Qarabağ" və "Frayburq" oyunu keçiriləcək
"Qarabağ" və "Frayburq" oyununa baxmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün "Qarabağ" və "Olimpiakos" oyunu keçiriləcək
DİN "Qarabağ"ın oyunu ilə bağlı məlumat yaydı
"Qarabağ" "Malmö"yə uduzdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 