Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Neftçi" - "Rapid" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
ONN media xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər:
“Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Azərbaycanın “Neftçi” klubu ilə Avstriya "Rapid"i ilə Bakıda, Nizami rayonu ərazisində yerləşən "Bakcell Arena" stadionunda, saat 21:00-da qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Neftçi” klubuna uğurlar arzurlayırıq.
Bildiyiniz kimi, "Bakcell Arena" stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə k, ərazidə metronun “Xalqlar dostluğu” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə "Bakcell Arena" stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.
“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - DYP rəsmisi vurğulayıb



DYP azarkeşlərə müraciət etdi
DYP bu şəxslərə müraciət etdi
DYP bu şəxslərə müraciət etdi
DYP-dən “Qarabağ”ın oyunu ilə bağlı müraciət
Yol polisindən futbol azarkeşlərinə MÜRACİƏT
DYP-dən “Qarabağ”ın oyunu ilə bağlı azarkeşlərə müraciət
DYP-dən “Qarabağ”- “Hekken” oyunu ilə bağlı çağırış
"Neftçi" bu gün cavab oyununa çıxacaq
"Neftçi" və "Rapid" start heyyətləri açıqlandı
Anım günü ilə bağlı sürücülərə müraciət
"Neftçi" və "Qarabağ" oyunu təxirə salındı
"Neftçi"nin futbolçusu oyunda zədələnib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 