Moldovada yaşayan azərbaycanlılar Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) təşkilati dəstəyi ilə Fransa Respublikasının Moldovadakı Səfirliyi qarşısında dinc aksiya keçiriblər.
ONN media xəbər verir ki, aksiya oktyabrın 3-də Fransa Senatının altı üzvü tərəfindən irəli sürülən, Azərbaycana qarşı qərəzli ittihamlar yer alan, eləcə də Fransa və digər Aİ ölkələrini Azərbaycandan neft və qaz idxalına embarqo qoymağa çağıran ermənipərəst qətnamə layihəsinə etiraz olaraq keçirilib.
Sözügedən qətnamə layihəsində Ermənistan-Azərbaycan münasibətlərinə tamamilə birtərəfli və qərəzli yanaşılaraq, 30 ilə yaxındır öz doğma yurd-yuvalarından didərgin düşmüş milyonlarla sadə azərbaycanlının ağrı-acıları, arzuları ümumiyyətlə nəzərə alınmayıb.
Aksiya iştirakçıları MAK-ın müraciətini Fransa Səfirliyinə təqdim ediblər. Bu müraciətdə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin imzaladığı üçtərəfli Bəyanata, Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara baxmayaraq, Ermənistan tərəfi hələ də Azərbaycana dəqiq və dolğun mina xəritələrini təqdim etmədiyi, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi barədə məlumat vermədiyi qeyd olunub.
Eyni zamanda, müraciətdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında yerləşən ərazilərimizin minalanması ilə Azərbaycana qarşı genişmiqyaslı təxribatından sonra ölkəmizin silahlı qüvvələrinin mövqelərini atəşə tutmasının çoxsaylı hərbi qulluqçuların itkisinə səbəb olduğuna dair məlumat yer alıb.
Moldovada yaşayan həmvətənlərimizin Fransa Səfirliyi qarşısında dinc aksiyası Moldova mediasında rumın və rus dillərində yayımlanıb.



Berlində Azərbaycanlılar aksiyaya başladı
Fransada fermerlər maraqlı aksiya keçirilib
Bakı sakinləri AYAĞA QALXDI: aksiya keçirilir
Azərbaycanlılar BMT-nin qarşısında aksiya keçirdi
İrəvanda prezidentə qarşı aksiya keçirilir
Ermənilər Fransa meydanına niyə toplaşır?
Bakıda Fransa səfirliyinin qarşısında aksiya keçirilib
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Azərbaycanın Fransadakı səfiri geri çağırılacaq?
Böyük Britaniyada soydaşlarımız etiraz aksiyası keçirdi - FOTOLAR
Moldovada mitinq başladı: Hökuməti devirənə kimi...
Fransaya qarşı etiraz: Azərbaycan bayraqları qaldırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 