Türkiyə Respublikasında fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin ildönümü ərəfəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycana səfər ediblər.
Bu barədə ONN media-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, Türkiyə Milli Müdafiə Nazirliyinin dəstəyi ilə baş tutan səfərdə sıralarında minlərlə ehtiyatda olan hərbçini birləşdirən 4 böyük təşkilatın (Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyi) təmsilçiləri iştirak edir.
Azərbaycan və Türkiyən olan hərbiyönümlü QHT rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarını ziyarət edərək üzərinə güllər düzüblər. 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunaraq önünə əklil qoyulub.
Türk Şəhidliyi abidəsi önündə çıxış edən “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Türkiyə Azərbaycan münasibətləri ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” ideologiyası əsasında inkişaf edərək dostluq, qardaşlıq prinsiplərinə söykənir. Eyni millətin iki ayrı dövləti olan respublikalarımız ikitərəfli, regional və qlobal əməkdaşlıqda dünya ölkələri üçün ideal nümunədir. Müstəqilliyimizin qazanıldığı dövrdə, xüsusilə də 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Türkiyə hər gün Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdi. Azərbaycan dövlət və xalqı bu qardaşlıq dəstəyini yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Emin Həsənli diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Şuşa Bəyannaməsi”nin imzalanması ilə dövlətlərimiz arasında müttəfiqlik münasibətlərinin yeni mərhələsi başlayıb.
Türkiyəli hərbyönümlü təşkilatları adından çıxış edən ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafı, əməkdaşlıq imkanlarının gücləndirilməsi regionda sabitliyin və tərəqqinin təmin edilməsinə xidmət edir. Azərbaycanıb müstəqilliyinin ilk illərində kadr çatışmazlığı problemi ilə üzləşən Azərbaycan Ordusu üçün Türkiyə hərbi məktəblərində hərbçilərin hazırlanmasına xüsusi önəm verildiyini, ötən dövrdə bu istiqamətdə böyük uğurların qazanıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyənin hərbyönümlü təşkilatlarının nümayəndələrinin Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidəni, Nuru Paşanın ev muzeyini ziyarəti, Vətən müharibəsi zamanı Ermənistanın mülki əhalini raket atəşinə tutması nəticəsində Gəncədə dağıntıların baş verdiyi yerlərə baş çəkmələri, Şuşada Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirakı nəzərdə tutulur



Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlandı
Qismən səfərbərliyə bu şəxslər cəlb olunacaq - RƏSMİ
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Türkiyənin Mehteran Birliyi Azərbaycanda
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Könüllü hərbi xidmət üçün nazirliyə 7000-ə yaxın şəxs müraciət etdi
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
38 min nəfər döyüşə getmək üçün müraciət edib - RƏSMİ
Səfərbərlik xidmətindən mühüm açıqlama
Orduya könüllü qoşulmaq istəyənlərin sayı 50 mini keçdi - AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 