Prezident İlham Əliyev Qarabağa göndərilən Ruben Vardanyanla bağlı mövqeyini açıq mətnlə elan etdi:
- Rusiyaya mesaj verdi ki, “Vardanyan planı”na imkan verilməyəcək;
- Qərbə izah etdi ki, Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma rusların planına uyğun deyil və ermənilərlə təmasa mane olan da Moskvadır.
Əsas məqam Prezidentin Vardanyan məsələsini niyə indi və Aİ elçisini qəbul edərkən dilə gətirməsidir.
Bu haqda öncə də yazmışdıq: Qərb Qarabağdakı ermənilərlə Bakının təmaslar yaratmasını dəstəkləyir və bununla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını istəyir; Bu təklifi Bakı da qəbul edir, lakin separatçı-terrorçu rejimlə yox, erməni əhalisi ilə və mövcud situasiyada beynəlxalq mexanizmin indi yaradılmasına istəmir. Və burada Vardanyan oyununun hədəfi ortaya çıxır.
Təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılması separatçı-terrorçu rejimin “erməni əhalisinin nümayəndəsi” kimi qəbul edilməsi deməkdir, Bakı bunu qəbul etmir. Bakının bunu qəbul etməyəcəyini bildikləri üçün Vardanyanı Xankəndiyə gətirdilər, qondarma quruma “dövlət naziri” etdilər və istisna deyil ki, təmaslar planlaşdırdıqları kimi baş tutarsa, Araik oyundan çıxarılacaq, Vardanyan “erməni əhalisinin təmsilçisi” kimi masaya əyləşdiriləcək. Xankəndidə təşkil edilən təxribat mitinqi də buna hesablanmışdı. Vardanyanın gətirilməsi həm də Azərbaycanın “cinayət işi açdığı separatçıların rəhbərləri ilə təmas qurmaq istəməməsi” arqumentinə qarşı hazırlanmış plandır.
Planı quran və icra edən Rusiyadır, lakin Ermənistan və erməni diasporu/lobbisi də ortaqdır, Fransanın da bu prosesdə maraqlı tərəf olduğu bəllidir.
Əliyev Qərb məhz bunun mesajını verdi ki, Rusiya erməni əhalisi ilə təmaslar üzərindən oyun qurur, bunu qəbul etməyəcəyik.
“Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında konsensus” məsələsi də təmaslarla bağlı beynəlxalq mexanizmin indi yaradılmasını – bu, Rusiya və Ermənistanın marağındadır – arxa plana keçirməyə hesablanıb. Bakı tərəflərə “ortaq məxrəcə gəlin, sonra müzakirə edək” mesajı verir



Şuşanın atəşə tutulması siyasi prosesdir?
Xankəndidə hərbi vəziyyət elan olundu
Vardanyan özünü yandırdı...
Laçın yolunda aksiya başa çatır?
Qarabağdakı ermənilər gələn ay təxliyyə edilir
Vardanyan nə üçün Paşinyanı ittiham etdi?
Araik Qarabağda Azərbaycanın qubernatoru olmaq istəyir - İDDİA
Məhkəmə Vardanyanla bağlı qərar verdi
Bakı sərhəddə qoşun yığır- NƏ BAŞ VERİR?
Prezident bu əməliyyatın anonsunu verdi
Biz qalib gələ bilməzdik, əgər Azərbaycan... - Qarabağda döyüşmüş erməni könüllüdən ŞOK ETİRAFLAR
İlham Əliyev Putinə niyə zəng etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 