Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin Ermənistana təxliyəsinə hazırlığın getdiyinə dair məlumatlar yenidən gündəmə gəlib.
Sosial şəbəkələrdə separatçı rejimin qondarma “dövlət naziri” Ruben Vardanyanın imzası ilə təxliyə haqda qərar yayılmışdı. Qondarma rejim bunu təkzib etdi, lakin ermənilər buna inanmır.
Əsas iddia belədir ki, fevralın 1-də Qarabağdakı ermənilərin təxliyəsi üçün 50 avtobusun ayrılması qərarı var. Təbii ki, getmək istəyənlər gedəcək, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edəcək.
Özünü “ezoterik mütəxəssis” kimi təqdim edən İnqa Xosroyeva adlı qadın “Witch's Cabin – 2” Yutub kanalında çıxışı zamanı təxliyənin gündəmdə olduğunu iddia edib.
Erməni qadın iddia edir ki, Ruben Vardanyan, əslində, İngiltərənin gizli vətəndaşıdır, onun bölgəyə gəlişi də ərazinin Azərbaycana təhvil verilməsinə hesablanıb. Onun bu iddiası daha çox konspirologiyaya bənzəyir, hərçənd, fevralın 1-də təxliyənin olacağı iddiasında israrlıdır.
“Vardanyan 16 noyabr 2022-ci il tarixində qərar imzalayıb, bu qərara görə, 1 fevral 2023-cü ildə Qarabağdakı ermənilərin çıxarılması üçün 50 avtobusun ayrılması planlaşdırılır. Ermənilərin çıxarılmasından sonra isə Vardanyan özü İngiltərəyə uçacaq. Sonra da deyəcəklər ki, biz hər şeyi etdik, heç nə alınmadı. Beləliklə, biz 1 fevralı gözləyirik. Əgər bu tarixdə olmayacaqsa, o demək deyil ki, baş verməyəcək, sadəcə vaxtı uzadacaqlar və növbəti 2 ayda həll edəcəklər”, - o iddiasını bu sözlərlə tamamlayıb.
Təbii ki, bu iddianın nə qədər doğru, yaxud yalan olduğunu demək çətindir. Lakin mövcud reallıq Qarabağda yaşayan erməni əhalinin iki seçimdən birini etməyin zəruriliyini hər keçən gün daha da artırır: ya Azərbaycan cəmiyyətinə inteqrasiya edib, bərabərhüquqlu vətəndaş kimi yaşayacaqlar, ya da Qarabağı tərk edəcəklər.



Sülhməramlıların olduğu ərazidə monitorinq baş tutmadı
Araik Qarabağda Azərbaycanın qubernatoru olmaq istəyir - İDDİA
Laçın yolundakı aksiyanın tələbi dəyişir...
Əliyev açıqladı- RUSİYA OYUN QURUR!
Azərbaycan kəşfiyyatı İrəvanda xaos yaratdı
Laçın yolunda aksiya başa çatır?
Qarabağda proses başladı
Erməni ağını çıxartdı: “Bayraqdar”ı da biz yaratmışıq
Ermənilər Xankəndidəki separatçıların “əski parçasını” təhqir etdi
Laçında qalan ermənilər təxliyyə edilir
Bakı Xankəndi üçün hansı tələbi önə çıxarır?
Şuşanın atəşə tutulması siyasi prosesdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 