Hazırda Ağalı kəndində 90-na yaxın ev təsərrüfatı yüksəksürətli internetdən istifadə edir. Bundan əlavə digər abunəçilərin də istifadə imkanları yaradılıb.
ONN media xəbər verir ki, bunu “ASAN Radio”nun canlı efirində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
Nazir müşaviri əlavə edib ki, Ağalı kəndində yüksəksürətli internetə çıxış imkanı yaradılıb:
“Ağalıda 16 min metrlik abunəçi, 13 min metr isə magistral kabellər çəkilib. Gələcəkdə Ağdam və Füzulu rayonlarında şəhərdaxili kommunikasiya xətlərinin də bərpası üçün sxemlər, planlar hazırlanır”.
R.Bayramovun sözlərinə görə, Qarabağda 110 km-ə qədər fiber-optik kabellərin çəkilməsi planlaşdırılır ki, bu da bütövlükdə Qarabağı əhatə edəcək:
“Şuşada müasir elektron ATS quraşdırılıb. Artıq “Aztelekom” şirkəti tərəfindən Şuşada 1000 nömrə tutumlu müasir elektron ATS quraşdırılıb. Bu da o deməkdir ki, həm orada yaşayan, həm də gələcəkdə Şuşaya köçəcək vətəndaşlarımız müraciət etdikdə eyni anda həm telefon, həm internet, həm də IP televiziya xidmətini əldə edə biləcəklər”.



Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək
Ağalıda Yel çərşənbəsi tonqalı alovlanıb
Ağalıya köç nə vaxt başlayır?
Zəngilanda "Ağıllı kənd"in inşası başa çatdı
Xocalı sakinlərinə ŞAD XƏBƏR
Ağalıda bazar açıldı
Bu yerlərdə telekommunikasiya şəbəkəsi yenidən qurulur
Qubadlıda televiziya və radio yayımı təmin olunub
"Azercell"dən yeni Wi-Fi kampaniyası!
Bakı və Bakıətrafında vahid nəqliyyat kartı istifadəyə veriləcək
Zəngilanda televiziya və radio yayımı təmin olundu
Bu ay 41 ailə Ağalı kəndinə köçürüləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 