“Aztelekom” MMC-nin Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb. ONN media xəbər verir ki, nəticədə telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib. Belə ki, ötən bir il ərzində Qusar şəhərində və kəndlərində 461 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 1426 nəfər artım qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində yaxın zamanlarda indiyədək telefonlaşmayan Qusarın Aşağı-İmamqulu kəndində 160 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə veriləcək. Elektron ATS-ə uzunluğu 4500 metr fiber-optik kabel çəkilir. Qurulan yeni EATS vasitəsilə 1500 metr məsafədə yerləşən qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa EATS-in nömrə tutumu 512 nömrəyədək artırılacaq. Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də 30 nömrəlik, Qayakənd kəndindən Qusar şəhərinə 100 nömrəlik, Samur kəndinə 80 nömrəlik daxili xətt şəbəkəsi tikilib. Əcəxur kəndinə 1600 metr fiber-optik kabel çəkilərək 32 nömrəlik mini ATS quraşdırılıb istifadəyə verilib, Nəcəfkənd və Yuxarı Kalunxur kəndlərinə 1750 metr fiber-optik kabel çəkilib. Beləliklə, internet keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə şəhər və kənd Elektron ATS-lərində istismara yararsız köhnə avadanlıqlar müasir tipli JUNİPER avadanlıqları ilə əvəz olunub. İnternet keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub. Şəhər sahəsində ümumilikdə 15 km, kənd sahəsində isə ümumilikdə 21 km məsafədə xəttlər təmir olunub və 461 ədəd yeni dirək basdırılıb.
Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək



Ağalı kəndində son durum necədir?- Bayramov açıqladı
Bakıda yeni “Şəbəkə” istifadəyə verildi
Bu yerlərdə telekommunikasiya şəbəkəsi yenidən qurulur
İki günlük qadağa ilə bağlı telefon və internetdə problem olacaq? - AÇIQLAMA
İnternetin olmaması ilə bağlı rəsmi cavab
DİM yeni xidmət istifadəyə verdi
Bakının bəzi ərazilərində İNTERNET ÇÖKDÜ
Kəlbəcərdən Laçına elektrik xətti çəkilir
Yeni Xınalıq yolundan ŞAD XƏBƏR
"Azercell"dən yeni xidmət - "Mobil Ödəmə"
Göyçayda son vəziyyət necədir?
Elektron siqaret çəkməyin TƏHLÜKƏLƏRİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 