Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub.
ONN media xəbər verir ki, Serbiyanın Baş naziri Ana Brnabiç deyib:
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi bu gün Belqradda görməkdən olduqca məmnunam. Bilirəm ki, bizim bir çox məsələlərə nəzər salmaq imkanımız oldu. Sizin bizim Prezidentlə məhsuldar müzakirələriniz olub. Sizi əmin etmək istərdim ki, Serbiya hökumətinə arxalana bilərsiniz. Siyasi və iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur. Artıq qeyd etdiyim kimi, Sizinlə görüşməkdən və məsələləri müzakirə etməkdən məmnunam və şərəf hissi duyuram. Özünüzü burada öz evinizdə kimi hiss edin. Mən Sizinlə birgə işləməyi səmimiyyətlə arzulayıram.
Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Çox sağ olun, hörmətli Baş nazir. Sizi görməyimə çox şadam. Haqlı olaraq qeyd etdiniz ki, Prezidentlə bizim çox konstruktiv görüşümüz oldu, biz qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etdik. Hazırda biz həmin məsələləri davamlı şəkildə nəzərdən keçirəcəyik. Ölkələrimiz strateji tərəfdaşlardır və biz Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik. Əməkdaşlığımızın mahiyyəti onun formalarını özündə əks etdirir. Biz bu gün bir neçə mühüm sənəd imzalamışıq və onlar iş birliyimizin hüquqi əsaslarını genişləndirir. Lakin, əlbəttə ki, strateji tərəfdaşlığa aid sənəd xüsusi əhəmiyyət kəsb edir.
Təbii ki, qlobal gündəlikdə mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir və biz cənab Prezidentlə bu məsələni müzakirə etdik. İndi isə işimizi davam etdiririk. Eyni zamanda, düşünürəm ki, biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır. Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik



İlham Əliyev Vuçiçlə görüşdü
Azərbaycan və Serbiya arasında sənədlər imzalandı
İlham Əliyev: Serbiya bizim dostumuzdur
İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir
İlham Əliyev Vuçiçi təbrik edib
Prezident serbiyalı naziri qəbul etdi
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
İlham Əliyev və Şahbaz Şərifin geniş tərkibdə görüşü keçirilib
İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
İlham Əliyev Baş Naziri qəbul etdi
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi
İlham Əliyev və xanımı Fransa səfirliyində
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 