“Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və Serbiya-Azərbaycan əlaqələrinin inkişafı üçün böyük dəstək olacaq. Bizim əlaqələrimiz çox uğurla inkişaf edir. Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var”.
ONN media xəbər verir ki, bunu Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşündə dövlət başçısı İlham Əliyev deyib.
“Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır.
Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək.
Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zaman əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”, - İlham Əliyev əlavə edib.



İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir
"Bu səfərin nəticələri çox müsbət olacaq"- İlham Əliyev
Bu səfər Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında yeni səhifə açacaq - İlham Əliyev
İlham Əliyev: "Keçən il əlaqələrimiz üçün çox uğurlu olub"
İlham Əliyev Vuçiçi təbrik edib
Vuçiç İlham Əliyevə zəng etdi
Prezident İlham Əliyev: "Bu gün İranla imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq"
Dövlət başçısı: "NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir"
İlham Əliyev Serbiyanın baş naziri ilə görüşüb
İşğalçı qüvvələr bu torpaqlardan çıxmalıdır - İlham Əliyev
İlham Əliyev Baş Naziri qəbul etdi
Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 