Türkiyənin mümkün quru əməliyyatından qorxan YPG terrorçuları ABŞ və Rusiyaya yalvararaq, bölgəyə əlavə qüvvələrin yerləşdirilməsini istəyiblər.
ONN media xəbər verir ki, Suriya və İraqın şimalında terrorçuları bombalayan Türkiyə quru əməliyyatına başlayacağına işarə edir. “Pəncə-Qılınc” əməliyyatında 19 noyabr şənbə günü axşamdan etibarən reaktiv təyyarələr PKK və YPG terrorçularının yerləşdiyi yerlər vurulub. Döyüş təyyarələri və pilotsuz uçuş aparatlarından sonra tankların sərhədi keçməyə hazırlanması YPG terrorçularının yuxusunu ərşə çəkib. YPG terrorçularının liderləri günlərlə ABŞ və Rusiyaya quru əməliyyatını dayandırmaq üçün yalvarır.
Günlərdir Suriyanın şimalında 900 əsgəri olan ABŞ-dan türk tanklarının sərhədi keçməməsi tələbi ilə bəyanatlar gəlir. İllərdir YPG terrorçularını öyrədən və minlərlə yük maşını silah göndərən ABŞ ordusu Suriya Demokratik Qüvvələri (SDQ və ya QSD) adı altında terrorçuları qanuniləşdirməyə çalışır.
Vaşinqtondan verilən açıqlamalar arasında ən diqqət çəkəni Türkiyənin hava hücumlarının Suriyanın şimalındakı ABŞ əsgərlərini birbaşa təhdid etdiyi müdafiəsi olub.
Milli Müdafiə naziri Hulusi Akar çərşənbə günü axşam amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığı aparıb. Nazir Akar Ostinə “Pəncə-Qılınc” əməliyyatının Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ ilə həyata keçirildiyini çatdırıb.
Pentaqonu terrorla mübarizədə əməkdaşlığa çağıran Akar, bildirib ki, koalisiya əsgərlərinə və mülki şəxslərə zərər verməkdən söhbət gedə bilməz.
Bu arada Rusiya Türkiyənin Suriyada keçirməyə hazırlaşdığı quru əməliyyatına qarşı hərəkətə keçib. Yerli qaynaqların bildirdiyinə görə Rusiya Türkiyə ilə sərhədə əlavə hərbi texnika və əlavə hərbçilər göndərməyə başlayıb. Məqsəd, Suriyanın şimalında məskən salmış və Türkiyəni davamlı terrorla təhdid edən PKK/YPG-ni Türkiyənin mümkün əhəmiyyatından qorumaqdır.



Türkiyə “Pəncə 2” əməliyyatına başladı
Türkiyə NÖQTƏNİ QOYDU: Oradan da çıxacaqlar
Türkiyədən PKK- ya hava hücumu
Sülh çeşməsi əməliyyatında 1 hərbçi şəhid oldu
Türk PUA-ları terrorçuları məhv etdi
Türkiyə ordusu şəhid verib
Türkiyə ordusu şəhid verdi
Türkiyə ordusundan daha bir UĞURLU ƏMƏLİYYAT: 2 terrorçu məhv edildi
Türkiyə HHQ 3 PKK terrorçusunu məhv ediblər
ABŞ Türkiyəyə mesaj göndərdi- İSTƏMİRİK!
Türkiyə ordusu terrorçuları MƏHV ETDİ
“Zeytun budağı” əməliyyatında üçüncü türk hərbçisi şəhid oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 