Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Milli Məclisdə 29 il müxtəlif vəzifələrdə çalışan vəzifəli şəxs saxlanılıb.
ONN media xəbər verir ki, Rövşən (şərti) 1993-cü ildən Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb, sonuncu vəzifəsi isə Aparatın Komitələrin və komissiyaların işinin təşkili şöbəsinin Komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi olub. O, baş verən hadisələrə görə 22 iyun 2022-ci il tarixdə isə öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.
Onun saxlanılmasına səbəb isə təmsil etdiyi qurumda rəhbər şəxslərlə geniş əlaqələrinin olması və bu əlaqələrdən istifadə edərək tələbə yoldaşı Cavanşir Kazımov vasitəsi ilə tanış olduğu Həsən Adilovu (şərti) 25 min manat pul müqabilində Milli Məclisdə vəzifəyə təyin etdirəcəyinə inandırması olub. Belə ki, o, 2019-cu ilin aprel ayının ortalarında Milli Məclisin inzibati binasının qəbul otağında zərərçəkmişlə görüşüb və onu 23.000 manat məbləqində vəzifəyə təyin etdirməyə razılaşıb.
Bundan başqa, o, həmin vəzifədə olarkən Cavanşir Kazımov və qeyrisi ilə qabaqcadan əlbir olaraq, müxtəlif şəxslərdən müxtəlif məbləğlər almaqla Fövqəladə Hallar Nazirliyinin Xidmətində yanğınsöndürən vəzifəsinə işə qəbul edilməsinə köməklik göstərəcəyinə inandırıb.
Həsən Adilova bu ilin may ayınadək vəzifəyə təyin olunacağı ilə bağlı vəd verilsə də, bu baş verməyib. Zərəçəkmiş onunla dəfələrlə əlaqə saxlayaraq pulunu tələb edib, lakin 23 min manat geri qaytaılmayıb. Bu səbədən o, may ayının 16-da Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Milli Məclisin əməkdaşı və onun tanışı Cavanşir Kazımovla bağlı şikayət edib.
Baş Prokurorluqda istintaq davam edərkən təqsirləndirilən şəxs Həsən Adilova 20 min manat qaytarıb. Bundan sonra iş məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinən təqsirləndirilən şəxs 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib



Milli Məclisdə yeni sektor yaradıldı - TƏYİNAT
Milli Məclis sabah nələri müzakirə edəcək?
Milli Məclisdə qazi atasına vəzifə verildi
Tanınmış “KVN”çiyə Milli Məclisdə vəzifə verildi
Milli Məclisdə İLK DƏFƏ videokonfrans keçirildi
Azərbaycanda yüksək vəzifələrə təyinatlar
Milli Məclisin fəaliyyətində yeniliklər olacaq
Akif Təvəkküloğlu koronavirusa yoluxdu
Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı
Afaq Bəşirqızı deputatlığa namizədliyindən danışdı
Milli Məclisdə YENİ TƏYİNAT
Milli Məclisdə hansı məsələlər müzakirə olunacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 