Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti Niderland Krallığının Parlamenti tərəfindən qəbul edilmiş qərəzli qətnamələrə münasibət bildirib. XİN-dən ONN media -ya daxil olan məlumatda deyilir: "Son dövrdə Niderland Krallığının Parlamenti tərəfindən Azərbaycan əleyhinə, həqiqəti əks etdirməyən və tam qərəzli qətnamələrin qəbul edildiyini müşahidə edirik. Belə ki, 7 oktyabr tarixindən etibarən Niderland Parlamentinin Nümayəndələr Palatası tərəfindən bölgədəki vəziyyətlə bağlı qəbul olunmuş 11 qətnamə birtərəfli xarakter daşımaqla, əsassız və qərəzli iddiaları əks etdirmiş, açıq anti-Azərbaycan və anti-türk mövqeyi sərgiləmişdir. 17 dekabr tarixində qəbul olunmuş “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamədə yenidən həqiqət təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialar əks olunur. Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edir və ölkənin Nümayəndələr Palatasını birtərəfli mövqeyindən əl çəkməyə və qərarlarında beynəlxalq hüququn norma və prinsiplərindən çıxış etməyə çağırırıq. Niderland, eləcə də parlamentləri qərəzli mövqe nümayiş etdirən digər Avropa dövlətləri qərəzli mövqe nümayiş etdirərək ədavəti alovlandırmaq yerinə, 10 noyabr tarixli birgə bəyanatla bölgədə yaranmış yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsini dəstəkləyərək bölgə ölkələrinin sülh, sabitlik və tərəqqi şəraitində inkişafına töhfə verə bilər".
Niderland Parlamentinin bu qətnamələrini qətiyyətlə rədd edirik - XİN



Azərbaycan XİN bu ölkə ilə bağlı rəsmi məlumat yaydı
Onlar qərəzli mövqelərini hər şeydən üstün tutur - XİN
Rəsmi Bakıdan Niderlanda çağırış: Buna son qoyun!
Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab
Prezident Niderland səfiri ilə görüşdü
Əsli Kazımova: “Avropa Parlamenti gözüqapalı siyasət yürüdür…”
Bakı bu nazirin səfər istəyini rədd etdi
Hollandiya rəsmən Niderland adlandırıldı
Fransanın diplomatı XİN-ə çağırıldı
Azərbaycanla bağlı bu qətnamə qərəzlidir - Bayramov
Türkiyədən Portuqaliyaya sərt reaksiya - "Qəbul edilə bilməz"
Rəsmi Bakı Niderlandın “erməni soyqırımı”nı tanımasını pislədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 