Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərəfimizdən edilən müraciətlərə məhəl qoymamasına təəssüf edirik.
ONN media-nın məlumatına görə, bu, Müdafiə Nazirliyinin mətbuata açıqlamasında yer alıb.
"Növbəti dəfə bildiririk ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR. Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adlarını qeyd edərkən yanlış ifadələrdən istifadə etməməyə çağırırıq", - açıqlamada deyilir.
"Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 01.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert”, "Martuni", "Madagiz" və "Getavan" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ, XOCAVƏND, SUQOVUŞAN və QOZLUKÖRPÜ olduğunu xatırladırıq", - MN-dən qeyd edilib.



Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
MN-dən Rusiyaya daha bir etiraz
MN-dən Rusiyaya: YOLVERİLMƏZDİR!
Rusiyanın bu addımı təəssüf doğurur- MÜDAFİƏ NAZİRLİYİ
MN rus sülhməramlılarına yenidən çağırış etdi
Müdafiə Nazirliyindən daha bir etiraz
MN Rusiyaya müraciət etdi- YOLVERİLMƏZDİR!
Sülhməramlıların komandanı Rusiyanı niyə günahlandırdı?
MN-dən sülhməramlılara çağırış- QARŞISINI ALIN
Rus sülhməramlıları Qarabağda DÖYÜŞ HAZIRLIĞINA BAŞLADI
Sülhməramlıların Qarabağdakı işi başa çatdı
Ermənistanın qeyri-qanuni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmayıb - MN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 