Türkiyənin Samsun limanında yağ tankerində naməlum səbəbdən partlayış baş verib.
Partlayış tankerlərdə yanğınla müşayiət olunub.
Hadisə yerinə çox sayda yanğınsöndürmə qrupları cəlb edilib. Yanğın söndürülüb.
Hadisənin baş vermə səbəbi araşdırılır.