Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı monitorinq növbəti təxribat nəticəsində baş tutmayıb.
ONN media-nın məlumatına görə, sülhməramlı kontigentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da sülhməramlılarla Qarabağdakı qanunsuz erməni dəstələrinin birgə təxribatı buna imkan verməyib.
Belə ki, heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların (Qızılbular və Dəmirli) yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə ilə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq, Şuşa şəhərinə qayıtmağı lazım bilib.



Şuşa-Xankəndi yolunda son durum necədir?
Laçın-Xankəndi yolundakı aksiya 132 gündür davam edir
Laçın yolunda növbəti təminat maşınları keçdi
Etiraz aksiyasının 4-cü günü- Son durum necədir?
Sülhməramlılar bu ərazilərə yeni qüvvələr cəlb etdi
Laçın yolundakı aksiyanın 80-cı günü- NƏLƏR BAŞ VERİR?
Aksiyanın 23-cü günü: Son durum necədir?
Laçın yolundakı aksiya daha da genişləndi
Laçın yolundakı aksiya ilə bağlı son durum necədir?
Etiraz aksiyalarının 18-ci günü: Son durum necədir?
Laçın yolundakı aksiyanın 19-cu günü- NƏLƏR BAŞ VERİR?
Aksiya iştirakçılarından sülhməramlılara jest
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 