Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində yerləşdirilmiş Rusiya sülhməramlılarının Azərbaycanın media nümayəndələrinə qarşı davranışları hiddət doğurub.
ONN media xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolardan da görünür ki, Report İnformasiya Agentliyinin avtomobilinə avtomat silahın qundağı ilə zərər vurur, əməkdaşı ilə kobud davranır. Üzərində media qurumuna məxsus olduğu açıq-aşkar bilinən avtomobilin ətrafına yığılmış avtomat və pulemyotçular sanki cinayətkarla davranır.
Əlbəttə, Report-un avtomobili mülki avtomobildir, zirehli deyil, əməkdaşları da silahla gəzmir, mülki vətəndaşlardır. Lakin erməni separatçılarına qarşı münasibətdə özlərini humanitar təşkilatların nümayəndələri kimi aparan “sülhməramlılar” (hər halda onlar rəsmi şəkildə özlərini belə adlandırır) Azərbaycan media nümayəndələrinə qarşı yerli (yəni Azərbaycan) və beynəlxalq qanunları pozur. Bununla onlar həm də xislətlərini göstərirlər.
Əslində, Rusiya sülhməramlılarından peşəsindən asılı olmayaraq azərbaycanlılara qarşı normal münasibət gözləmək olmaz.
Əsas odur ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası, təxminən, bir sutkadır davam edir.



Sülhməramlılar azərbaycanlılara hücum etdi
Ermənistan dövlət səviyyəsində terror həyata keçirir
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - RƏSMİ
"Azərbaycan Silahlı Qüvvələri daha güclü olacaq"
Baş prokuror: "Ermənilər azərbaycanlı əsirlərə qarşı çox amansız davranır"
Bayramov britaniyalı nazirə erməni terrorundan danışdı
Sülhməramlılar yenə ermənilər üçün aksiya keçirdi
ABŞ-da erməni terroruna qarşı aksiya keçirildi
XİN 62 erməni diversantı ilə bağlı XƏBƏR YAYDI
Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır - RƏSMİ BAKI
Sülhməramlılar Qarabağda konfet payladı
Britaniya öz şirkətlərini Qarabağda fəaliyyəti ilə bağlı XƏBƏRDARLIQ ETDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 