Baş Dövlət Yol Polisi İdarəsinin dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
ONN media xəbər verir ki, idarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev hazırda mövsümlə əlaqədar yollarda palçıq və çirkli suların yaranma ehtimalı artdığından sürücülərin avtomobillərinin, xüsusilə onların dövlət qeydiyyat nişanlarının təmizliyinə diqqət ayırmalı olduqlarını bildirib.
"Lakin təəssüf ki, bəzi sürücülər havaların yağışlı, çisginli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və cərimə məbləği 40 manat olmaqla inzibati məsuliyyət yaradır", - DYP rəsmisi vurğulayıb.



DİQQƏT- Cərimələnə bilərsiniz
DYP sürücülərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib
40 manat cərimələnə bilərsiniz - XƏBƏRDARLIQ
DYP gücləndirilmiş rejimə keçir
Sürücülər radara düşməmək üçün görün nə edir – VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə MÜRACİƏT ETDİ
Əhaliyə qeyri-iş günləri ilə bağlı MÜRACİƏT
Bakıda reyd keçirildi- BU ŞƏXSLƏR SAXLANILDI
Yol polisi sürücülərə XƏBƏRDARLIQ ETDİ
DİQQƏT! Nömrələrlə bağlı möhlət başa çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 