Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə bir sıra hüquqazidd hallar aşkarlanıb.
ONN media xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi yayıb.
Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzində görülən tədbirlər nəticəsində dövlət qeydiyyat nişanları standartın tələblərinə uyğun gəlməyən, şassi və mühərrik nömrələri qeydiyyat məlumatları ilə uyğunsuzluq təşkil edən, habelə üzərində çox sayda ödənilməmiş inzibati cərimələr olan avtobus və yük avtomobilləri müəyyən edilib. Həmin nəqliyyat vasitələri müvafiq yoxlama aparılması üçün saxlanılıb və cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək onları qanunla üzərilərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyə, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, eləcə də qeydiyyat məlumatlarında uyğunsuzluğa səbəb olan əməllərdən çəkinməyə çağırır.



DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP gücləndirilmiş rejimə keçir
DYP rəsmi məlumat yaydı
Əhaliyə qeyri-iş günləri ilə bağlı MÜRACİƏT
DYP havanın çirkləndirilməsi ilə bağlı sürücülərə müraciət edib
DİN bu şəxslərə müraciət etdi
DYP sürücülərə müraciət etdi
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ
DYP dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
DYP bu sürücülərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 