Xaricdə yaşayan azərbaycanlılar Qarabağdakı etiraz aksiyasına dəstəklə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən ONN media-ya verilən məlumata görə, Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və media mənsublarının Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri etiraz aksiyasını dəstəklədiklərini bəyan ediblər.
Bəyanatda deyilir:
“Biz, xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarına və bölgədə yaranmış ekoloji gərginliyə son verilməsi tələbi ilə keçirilən aksiyaya öz dəstəyimizi ifadə edirik.
Ətraf mühitin qorunması milliyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Biz – xaricdə yaşayan azərbaycanlılar, ana vətənimiz Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə ekoloji vəziyyətin gərginləşməsindən ciddi şəkildə narahatıq.
Beynəlxalq səviyyədə ciddi narahatlıq doğuran iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkar şəxsin ətraf mühitə sistemli xəsarət yetirən addımlarının azərbaycanlılara qarşı etnik nifrətdən – Azərbaycanofobiyadan qaynaqlandığı qənaətindəyik. Qeyd edilən ərazilərdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən qanunsuz fəaliyyətə şəraitin yaradılmasını və sistemli ekoloji terrorun qarşısının alına bilməməsini sülhməramlıların komandanlığının bir qrup cinayətkar oliqarxın təsirində olmasının göstəricisi hesab edirik.
Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq tələb edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarını və bundan irəli gələn ekoloji fəsadları yerində araşdırmaq üçün azərbaycanlı ekoloji aktivistlərin təhlükəsizlikləri təmin olunmaqla Qızılbulaq qızıl yatağına, Dəmirli mis-molibden yatağına və digər yataqlara mütəmadi baxış keçirmələrinə şərait yaradılsın.
Tələblərimiz yerinə yetirilməyənə qədər xaricdə yaşayan azərbaycanlılar da soydaşlarımızla həmrəylik nümayiş etdirərək, mütəmadi dəstək aksiyaları keçirəcəklər”.



Ekofəallar Laçın-Xankəndi yolunda ağac əkdilər
Etiraz aksiyasına qoşulanların sayı yenidən artdı
Laçın yolundakı aksiya ilə bağlı son durum necədir?
Xankəndi-Laçın yolu: Ekofəalların aksiyası 134 gündür davam edir
Şuşa-Xankəndi yolunda son durum necədir?
Laçın yolundakı aksiyanın 80-cı günü- NƏLƏR BAŞ VERİR?
Laçın yolundakı aksiya daha da genişləndi
Laçın yolunda növbəti təminat maşınları keçdi
Aksiya iştirakçıları bəyanat yaydı
Laçın-Xankəndi yolundakı aksiyanın 121-ci günü...
Laçın-Xankəndi yolundakı aksiyanın 116-cı günü...
Laçın yolundakı aksiya 78 gündür davam edir
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 