Şuşa-Xankəndi yolunda keçirilən aksiyada iştirak edən ekofəallar sülh mesajı olaraq havaya göyərçin buraxıblar.
ONN media xəbər verir ki, aksiya iştirakçıları tərəfindən havaya 44 ədəd göyərçin uçurulub.
Göyərçin təsviri həm də Rusiya sülhməramlılarının geyimində - qolları üzərindəki şevronda əks olunur. 44 rəqəmi isə Azərbaycanın qalib dövlət kimi güclü mövqeyini, əldə etdiyi tarixi zəfəri simvolizə edir.
Aksiya iştirakçıları Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında qeyd edirlər.
Onların təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.



Aksiyaçılar və sülhməramlılar yarımfinal oyununu izləyir
Etiraz aksiyasının 4-cü günü- Son durum necədir?
Laçın yolunda aksiya iştirakçılarına yüksək səviyyədə şərait yaradılıb
Sülhməramlılar bu ərazilərə yeni qüvvələr cəlb etdi
Aksiyanın 5-ci günü- SON DURUM NECƏDİR?
Laçın yolundakı aksiya 78 gündür davam edir
Aksiya iştirakçıları ermənilərə yenidən müraciət etdi
Ekofəalların növbəti addımı nə olacaq?
Laçın-Xankəndi yolundakı aksiyanın 116-cı günü...
Aksiya ilə bağlı son durum necədir?
Laçın yolundakı aksiya daha da genişləndi
Laçın yolundakı aksiya 40 gündür davam edir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 