Daxili işlər nazirinin müavini təqaüdə göndərilib.
ONN media xəbər verir ki, nazir müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.
1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.
Xatırladaq ki, 2022-ci il dekabrın 8-də ölkə başçısının sərəncamı ilə, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Yeni Daxili işlər naziri Vilayət Eyvazov kimdir?
Oruc Zalovu kim əvəz edəcək?
Şeyxin general yeznəsi vəfat etdi
Daxili işlər nazirinin 1-ci müavini kim olacaq?
Nazir onu təqaüdə göndərdi
Prezident bu şəxsi təltif etdi
Ramil Usubovun təltif edilmə səbəbi nədir?
Hikmət Mirzəyevin əvəzlədiyi general kimdir? - Dosye
Prezidentdən Ramil Usubovla bağlı SƏRƏNCAM
Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini o icra edəcək
Nazir yeni əmr imzaladı - Rəisi təqaüdə göndərdi
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 