Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış müzakirələr səngimək bilmir. Naxçıvandan ard-arda həbs xəbərlərinin gəlməsi Talıbovu və yaxın ətrafını gündəmdən düşməyə qoymur.
ONN media xəbər verir ki, V.Talıbovun qeyri-rəsmi toxunulmazlığının qaldırılmasından, yəni onun fəaliyyətinin mətbuatda eninə-boyuna təftiş edilməsindən sonra bir çox dillərdəki “qıfıl” götürülüb.
İndi təkcə Talıbovların zülmündən əziyyət çəkən sıravi naxçıvanlılar deyil, tanınmış politoloqlar, analitiklər, hətta Milli Məclisin deputatları da muxtar respublikada baş verən qanunsuzluqları dilə gətirirlər.
Qeyd edək ki, Vasif Talıbovun Bakıya gəlməsindən və məlum olmayan səbəblər üzündən Naxçıvana qayıda bilməməsindən sonra bu müzakirələr daha da qızışıb.
Ali Məclis sədrinin postundan uzaqlaşdırılmasını deyil, hətta onun cəzalandırılmasını tələb edən adamların sayı sürətlə artır.
Məlumata görə, Vasif Talıbovla bağlı hakim Yeni Azərbaycan Partiyasının yuxarı eşelonunda da müzakirələr aparılıb.
YAP rəhbərliyində təmsil olunan bəzi şəxslər onun partiya sıralarından uzaqlaşdırılmasını tələb ediblər. Gərgin keçən müzakirələrdən sonra bir qədər gözləməyə qərar verilib. YAP-dakı mənbə sayta deyib ki, İdarə Heyətinin üzvləri Vasif Talıbovla bağlı qeyri-müəyyənliyin aradan qalxmasını gözləyirlər. Onun sözlərinə görə, Ali Məclis sədrinin tutduğu postdan uzaqlaşdırılması onun YAP sıralarından xaric edilməsi ilə nəticələnəcək.
Bildirək ki, V.Talıbov YAP Naxçıvan MR təşkilatının sədri və eyni zamanda partiyanın İdarə Heyətinin üzvüdür. Onun bir müddət əvvəl partiyanın yaradılmasının 30 illik yubileyi münasibəti ilə Bakıda keçirilən tədbirə buraxılmaması da yaxın zamanlarda onun partiya ilə yollarının ayrıla biləcəyi ehtimalını yaradırdı.



Vasif Talıbovun oğlu ilə bağlı ilginc faktlar
Vasif Talıbovun qardaşı vəzifəsindən azad olundu
Vasif Talıbov vəzifəsinə qayıdır? - ŞOK İDDİA
Vasif Talıbovun daha bir vəzifəsi əlindən alındı
Vasif Talıbovun istefa səbəbi açıqlandı
Vasif Talıbov istefa verib?- Köməkçisi açıqladı
Vasif Talıbova AĞIR İTKİ
Vasif Talıbov ölkədən qaçdı?- ŞOK İDDİA
Vasif Talıbov üçün həkim göndərildi- NƏ BAŞ VERİR?
Naxçıvan Ali Məclisinin bu gün keçirilən iclasında nələr baş verdi?- ŞOK İDDİA
Vasif Talıbova daha bir zərbə
Vasif Talıbovun tikdiyi "Çin səddi" sökülür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 