Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət ünvanlayıb.
ONN media müraciətin mətnini təqdim edir:
"Respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı hazırda ölkənin avtomobil yollarında, o cümlədən Muğanlı-İsmayıllı yolunun 40-cı kilometrliyində, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 28-62, 78-94 və 93-152-ci kilometrliklərində dumanlı və yağışlı, həmçinin Yevlax-Zaqatala-Gürcüstan yolunun 13-157- ci və Şəki-Qax yolunun 3-30-cu kilometrliklərində dumanlı hava müşahidə edilir.
Yolda məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.
Eyni zamanda, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar"



DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ
DYP bununla bağlı xəbərdarlıq etdi
DYP bununla bağlı sürücülərə müraciət etdi
Sürücülərə yenidən xəbərdarlıq edildi
Dumanlı hava ilə bağlı ÇAĞIRIŞ
DİN sürücülərə müraciət etdi
DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP sürücülərə müraciət etdi
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət
Yol polisindən yağışlı hava ilə bağlı xəbərdarlıq
Hava ilə bağlı yol polisindən müraciət
DYP hərəkət iştirakçılarına müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 