Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
İdarədən ONN media-ya bildirilib ki, dumanlı hava şəraiti hərəkət iştirakçılarının, nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havada yola çıxarkən diqqətli olmalıdırlar.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, fevralın 15-dək Bakıda və Abşeron yarımadasında fasilələrlə duman olacağı, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.



Sürücülərə yenidən xəbərdarlıq edildi
DYP bununla bağlı xəbərdarlıq etdi
DYP-dən sürücülərə daha bir XƏBƏRDARLIQ
Dumanlı hava ilə bağlı ÇAĞIRIŞ
DYP bu yolla bağlı XƏBƏRDARLIQ ETDİ
DİN sürücülərə müraciət etdi
DYP sürücülərə XƏBƏRDARLIQ ETDİ
DYP hərəkət iştirakçılarına müraciət etdi
DYP hərəkət iştirakçılarına müraciət etdi
DYP hava ilə bağlı xəbərdarlıq etdi
DYP sürücülərə müraciət etdi
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 